"Vicdan haqqı" serialının Nərgizi Ülviyyə Xəlilbəyli tədbirlərin birində görüntülənib.
MilliYol.Az xəbər verir ki, qafqazinfo-ya açıqlama verən aktrisa yeni mövsümə ciddi hazırlaşdıqlarını qeyd edib.
"Qız atası" serialında da rol alan Ü. Xəlilbəyli daha çox "Vicdan haqqı"ndakı rolunun sevildiyini bildirib:
"Yeni mövsüm də ciddi hazırlaşırıq. "Vicdan haqqı" və "Qız atası" seriallarında rol alıram. Əvvəl "Qız atası" serialındakı rolumu daha çox bəyənirdilər. Çünki bu biri serialda az görünürdüm. Əlbəttə, bunu ilk seriyalara şamil edirəm. Rolum az idi, demək olar ki, sözüm yox idi. Ancaq sezonun sonuncu bölümlərində rolum artmağa başladı. Yazılan rəylərdən belə qərara gəlirəm ki, məni "Vicdan haqqı" serialında daha çox bəyənirlər. Mənim üçün isə fərq yoxdur, iki layihədə də sevə-sevə rol alıram".
Aktrisa evlənəcəyi barədə yayılan xəbərlərə də münasibət bildirib:
"Toy olmayacaq, namizəd olanda ailə həyatı quracam. "Vicdan haqqı" serialında nişanlısından ayrılan qız obrazını canlandırıram. Real həyatda isə sevgim uğruna ailəmi bir kənara qoya bilərəm. Əgər sevirəmsə, görüşərəm. Ancaq oğlan məni, mənim onu sevdiyimdən daha çox sevməlidir. Oğlanlara çox vaxt şərt qoymuram, indi, sadəcə olaraq, fikrimi bildirirəm".
MilliYol.Az
Digər xəbərlər
loading...