Ermənistana qida məhsulları gətirən yük maşınları etiraz aksiyaları səbəbindən maneələrlə üzləşib
MilliYol.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin Mətbuat xidməti məlumat yayıb.
Dövlət Komitəsi bu vəziyyətin ölkənin ərzaq təhlükəsizliyinə təhdid yarada biləcəyindən narahatlığını ifadə edib: “Yük maşınlarının girişi və gömrük rəsmiləşdirilməsi üçün problemlər yaranır və bu hal ölkənin ərzaq təhlükəsizliyinə ciddi zərbə ola bilər. Gömrük orqanları bütün aksiya iştirakçılarını bu narahatedici faktı nəzərə almağa və gömrük təhlükəsizliyinin təmin edilməsinin zəruriliyindən irəli gələrək yük maşınlarının hərəkətinə və onların gömrük rəsmiləşdirilməsindən keçirilməsinə mane olmamağa çağırır”.
MilliYol.Az
Digər xəbərlər
loading...