Sabah Bakının bəzi mikrorayonlarında suyun verilməsi məhdudlaşdırılacaq
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri Mir Cəlal və Hüseyn Seyidzadə küçələrində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar mayın 3-də gün ərzində 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
MilliYol.Az
Digər xəbərlər
loading...