Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Bakı şəhərində növbəti reyd keçirilib
ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, reyd zamanı Qaradağ rayonu Buta gölünün ətrafında qeyri-qanuni tullantıların qalaqlanması faktı aşkar olunub.
Araşdırma zamanı ərazinin təmizliyinə cavabdeh şəxs Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin Sanitar Kommunal Təmizliyi İdarəsinin rəisi Arif Teymurov barəsində protokol tərtib edilib.
A. Teymurov İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunub.
MilliYol.Az
Digər xəbərlər
loading...