Müğənni Zamiq Hüseynov xalq artisti Flora Kərimova ilə əməkdar artist Röya Ayxan arasındakı qalmaqala münasibət bildirib
Axşam.az-ın məlumatına görə, sənətçi “5/5” verilişində bildirib ki, yaxın dostu olan Röyaya susmağı məsləhət görüb:
“Bir neçə gün əvvəl Röya ilə İstanbulda hava limanında görüşdük. Son günlər onunla bağlı olanlar, yazılanlar haqda oxuyurdum. Röyaya dedim ki, nə məsələdir? Dedi, yazırlar yenə də. Bütün dostlarıma deyirəm ki, kim nə desə, sən sus. Röyaya da dedim ki, sus, sən etmə, dayan, hər şeyin zamanı var. Sən nəsə yazdıqca, məsələ böyüyür. Çox sənətçi dostlarıma deyirəm ki, sən filankəssən. Röya da Röyadır... Ona söylədim ki, boş ver, yoluna düşəcək. Aqresiv yanaşanda məsələ daha da şişir”.
MilliYol.Az
Digər xəbərlər
loading...