Nikita Kovalenko
vzqlyad.ru, 01.05.2018
Ermənistanda məxməri inqilab artıq nəzarətdən çıxır və son məlumata görə, Paşinyan tərəfdarları Gümri və Maralik şəhərlərində meriyanı ələ keçiriblər, İrəvan şəhərində mitinqlər davam edir.
Nikol Paşinyanın baş nazir postu uğrunda parlament məğlubuyyətinin ayrıntılarını açıqlayan analizi Strateq.az-ın oxucularına təqdim edirik.
Nikol Paşinyan Ermənistan parlamentində hakimiyyət uğrunda mübarizənin birinci raundunu uduzub. Etirazçı kütlənin rəhbəri çoxluğu öz tərəfinə çəkmək üçün səsvermə ərəfəsində yenə də imicini dəyişb. Üzünü qırxmayıb, amma kostyum geyinib. Və parlament tribunasından Moskva ilə ittifaqı saxlamağa çağırıb. Amma çox deyil, bir il qabaq elə həmin Paşinyan bu ittifaqı pozmağa çağırıb.
Ermənistanda Milli Məclis çərşənbə günü hökumət başçısı seçkilərinə həsr edilən özəl toplantı keçirib. Toplantı bütün günü uzanıb, amma parlament yekunda belə də Nikol Paşinyanı respublikanın lideri seçə bilməyib. O bu posta yeganə namizəd olmaqla gərəkən sayda səs yığmayıb. Ona zəruri 53 səs müqabilində 45 deputat səs verib.
“Vzqlyad” qəzetinin yazdığı kimi, müxalifət əvvəllər baş nazir Serj Sərkisyanı istefa verməyə məcbur edib. Lakin etiraz hərəkatının rəhbəri, deputat Nikol Paşinyan hakim Respublika Partiyasının namizədi olmadan yeni baş nazirin seçilməsinə təkid edərək mitinq çağırmağı dayandırmayıb. Paşinyan son nəticədə “küçə texnologiyaları” vasitəsilə baş nazirliyə də yeganə namizəd olub.
Ermənistan Respublika Partiyasının (ERP) – parlamentdə çoxluğu saxlayan Sərksiyan tərəfdarlarının başçısı Vaqram Baqdasaryan hələ səsverməyə qədər söz verib ki, ERP seçkiyə mane olmayacaq. O bunu seçki günü özü də sübut edib.
Lakin Nikol Paşinyan birbaşa seçkidən qabaq “Serj Sərkisyanın başçılığıyla respublikaçıların Milli Məclisdə seçki zamanı xalqın namizədinin seçilməsini pozmaq qərarına gəldikləri” haqda pərdəarxası məlumat aldığını bildirib. Buna görə də “küçə texnologiyaları”nı yenidən işə salıb və tərəfdarlarını mayın 1-də Respublika meydanına çağırıb.
Səsvermə günü xalq yürülşərilə başlanıb. Artıq səhər tezdən İrəvanda Ermənistanın bayrağıyla xeyli avtomobil şütüyüb, siqnal səsləri eşidilib. Gündüz Respublika meydanında Paşinyana görə çoxminlik mitinq toplaşıb. İştirakçılar özlərilə milli boyalı şarlar, həmçinin ölkənin bayrağını gətiriblər. Onlar arabir ahənglə “Nikol, Nikol”, “Nikol – baş nazirdir” qışqırıblar.
Parlamentin toplantısı meydanda qurulan ekranlarda yayımlanıb. Polislər aksiyanın gedişinə nəzarət edib, amma sayca az olublar. Aksiyanın özü isə dinc xarakterdə olub və çərçivədən kənara çıxmayıb. Parlamentin daxilində də durum tam sakit olub. Toplantı Moskva vaxtilə 11.00-da başlanıb. Paşinyanın inandırmalarına baxmayaraq, hakim partiya heç bir boykot təşkil etməyib, parlamentarilər intizamla zala toplanıb və sakit işgüzar əhvali-ruhiyyə sərgiləyiblər. Son nəticədə 105 yerdən ancaq 3-ü boş qalıb.
Toplantının əvvəlində Paşinyanın tərcümeyi-halı səsləndirilib, sonra təkcə onun partiyası “Yelk” tərəfindən baş nazirliyə irəli sürülüb. Başqa namizədlər olmayıb – o cümlədən respublikaçılardan. Parlament spikeri Ara Babloyan bununla bağlı acı gülüşlə azlığın namizədini müzakirə etməyə çağırıb.
İlk sözü bu cür hadisəyə görə hər halda qalstuklu işgüzar kostyum geyinmiş Paşinyanın özü alıb. Düzdür, saqqalını yenə də qırxmayıb, bu qayda ilə 1990-cı illərin əvvəlində Qarabağ döyüşlərində həlak olmuş Monte ayamalı əfsanə səhra komandiri ilə zahiri oxşarlığı saxlayıb. Paşinyan hər iki əlilə tribunanın sürahisindən yapışaraq inamlı görkəm alıb və özünün proqram nitqini aydın şəkildə oxumağa başlayıb.
O seçiləcəyi halda özünün əsas missiyası kimi düzgün seçkilərin təşkilinə, habelə super baş nazir deyilən institutun ləğvinə və əvəzində “normal parlament sistemi” yaratmağa söz verib.
Bundan başqa, Paşinyan polis və milli təhlükəsizlik xidmətinin ayrılmasını (hazırda bu iki xidmət bir idarə çərçivəsində işləyir) və ölkənin hərbi xərclərinin artırılmasını irəli sürüb. O, cəmiyyətdəki ədalətsizlik, kreditləşmə həcmi və vətəndaşların kasıblığı, habelə ermənilərin vətənə dönşü və yatırım cəlbi uğrunda mübarizə aparmağı vəd edib.
Namizəd sonra diqqətini xarici siyasətə yönəldib, xüsusən də Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınması prosesinə yeni impuls verməyi vəd edib. O, habelə AB ilə münasibətləri dərinləşdirmək istəyini və onunla viza rejimini ləğv etməyə nail olmağı vəd edib.
Paşinyan eyni zamanda qeyd edib ki, həm daxili, həm də xarici siyasətdə kəskin hərəkətlərdən yan keçmək istəyir. Birincisi, hakimiyət uğrunda zorakı mübarizə ssenarisini istisna edib. İkincisi, Rusiyanı Ermənistanın strateji müttəfiqi saydığını və saymış olduğunu və Rusiya maraqlarına heç bir təhlükə yaratmaq niyyətində olmadığını bəyan edib. Bundan savayı, vurğulayıb ki, İrəvan onun rəhbərliyi altında KTMT-də və hətta bir zamanlar tənqid etdiyini indi çoxlarının yada saldığı Avrasiya İqtisadi Birliyində (AİB) qalacaq.
Şüarların gurultusuna baxmayaraq Paşinyanın nitqi parlamentarilər arasında özəl parlaq reaksiya doğurmayıb. Bütünlükdə bunun ardınca başlanan müzakirə toplantıdan əvvəlki hər şeylə təzada girən sakit mühitdə keçib. Parlamentarilər namizədə birbaşa suallar verərkən bir qədər emosiya əlavə olunub. O bunların bəzilərini cavablandıranda qızğın əl-qol hərəkətinə əl atıb və səsini bir az yüksəldib.
Məsələn, deputatlardan biri Paşinyandan Mixail Saakaşvili və Aleksey Navanlıyla əlaqəsi olub-olmadığını soruşub. Namizəd cavabında bildirib ki, ümumiyyətlə, bu adamlarla tanışlığı yoxdur. Namizəd suallardan birini cavablandıranda birdən qeyd edib ki, uşaqlar da bu ölkənin vətəndaşlarıdır və onların qərar qəbul etmək hüququnu bəyan edib, bu da parlament spikerinin demarşına səbəb olub.
Babloyan “Mən sizdən öyrəndiyimdən istifadə edirəm və uşaqların hüquqları haqda sizin bəyanaltınıza etiraz kimi iclas zalını on dəqiqəliyə tərk edirəm. Sonra uşaq hüquqlarıyla məşğul olan müxtəlif beynəlxalq təşkilatlar sizin səhvinizi izah edəcək ki, baş nazir seçilsəniz, bu sözləri təkrar etməyəsiniz” deyib və zaldan çıxıb.
Qeyd etməyinə dəyər ki, suallara keçəndən sonra sıralar gözə dəyəcək dərəcədə seyrəlib – bəzi deputatlar Paşinyanın çıxışından dərhal sonra zalı tərk ediblər. Fasilədən sonra başqa parlamentarilər söz alıblar. Və, bax, burada yenə də daha bir emosiya dərəcəsinin yüngülcə bir yüksəlişi baş verib. Deməli, çıxış edənlərdən biri nitqinin gedişində tamamilə bağırtı qoparıb.
Vitse-spiker, respublikaçı Eduard Şarmazanov isə bildirib ki, Paşinyan baş nazirliyi bacaracağına inandırmadı. О, qeyd edib ki, namizədin Qarabağ üzrə danışıqlar prosesi haqda heç bir konsepsiyası, habelə müdafiə büdcəsini necə artırmağa hazırlaşdığı barədə izahatı yoxdur. Şarmazanov vurğulayıb – Ermənistana isə inandırmaq məharəti deyil, konsepsiyalar lazımdır, hökumət ultimatuma deyil, dialoqa hazırdır.
Yekunda Paşinyan ilk dəfə səsləri yığmağa deyil, itirməyə başlayıb. “Daşnaktsutyun” fraksiyasının deputatı Aqvan Vardanyan bildirib: “Mən ölkəmiz üçün böyük risklər görürəm. Mənim partiyam Paşinyana səs verməyi qət edib. Mən bunu edə bilmərəm, mən səs verməyəcəyəm. Mən elə indi deputat mandatımdan imtina etməyə hazıram”.
Bundan sonra Paşinyana adi çoxluq üçün əvvəllər olduğu kimi 6 deyil, artıq 7 səs çatmayıb. Aydın olub ki, o, artıq çərşənbə günü Ermənistana başçılıq etməyə dəqiq nail olmayacaq.
Konstitusiyaya əsasən, yeddi gündən sonra baş nazirin yeni seçkisi keçirilməlidir. İkinci dəfə də seçmək baş tutmasa, Milli Məclisin avtomatik şəkildə buraxılması gələcək. Lakin indi onun tərəfdarlarının Ermənistan şəhərlərinin küçələrində özlərini necə aparacağı maraqlıdır. Paşinyan tərəfdarlarının çoxu hələ səsvermənin nəticələri elan olunmamış “sabah, birigün və qələbəyədək mitinqə gəlməyi” vəd edib – yəni öz liderləri hökumət başçısı seçilənədək.
TASS-ın xatırlatdığı kimi, PaşinyanIn “Yelk” fraksiyası (“Çarə”nin parlamentdə 9 yeri var). Əvvəllər “Sarukyan” (31 mandat) və “Daşnaktsutyun” (7) onun tərəfinə keçib. Paşinyana parlamentin 103 deputatından 53-nün səs verməyi lazımdır.
Bu arada Paşinyanın seçkiqabağı çıxışını Moskvada olduqca şəklə qəbul ediblər.
Dövlət Duması MDB məsələləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin Paşinyanın öz fikirlərini nə qədər tez-tez dəyişdiyini xatırladaraq izah edib: “Paşinyanın cavabları Ermənistana göstərir ki, o, dövlət həyatının bir çox məsələlərindən ardıcıllarına görünə bildiyi qədər də xəbərdar deyil”.
Deputat vurğulayıb: “Onun Avrasiya İqtisadi Birliyinə nisbətdə öz baxış nöqtəsini dəyişdiyi artıq birinci, ya ikinci dəfə deyil. Buna kimi isə deyib ki – aralıq variantı kimi – AİB-dən çıxmaq məsələsi indi yalnız referendum vasitəsilə həll oluna bilər” və əlavə edib:
“İndi özünü KTMT-yə üzvlük və Ermənistanda Rusiya hərbi bazasının iştirakına tərəfdar adlandırır. Yəni Paşinyan şübhəli olduğu bütün məsələlər üzrə indi Rusiyanın eşitməyinin xoş olmalı olduğunu deyir”.
Zatulin deyib: “Bununla yanaşı, onun “Yelk” fraksiyasının keçən il Milli Məclisdə AİB-ə daxil olmaq haqda sazişin qüvvədən salınmasını niyə səsverməyə qoyduğu haqda nəsə rahat həzm olunmayan bir cavab verir – ki “Yelk” müxalif fraksiyadır və bu problemə münasibəti kəskinləşdirmək istəyib. İndi isə əleyhinə deyil. Biz görürük ki, özünün antirusiya mövqeyindən təəssüratı yumşaltmağa, əməkldaşlıq istəyini sərgiləməyə çalışır”.
Deputat göstərib: “Biz bunu ümumən məlumat kimi ərz edirik. Lakin münasibətlərin özlüyündə necə inkişaf edəcəyi və vəzifələrin necə formalaşdırılacağı aydın deyil. Narahat edən ən başlıca məsələ cənab Paşinyanda müxtəlif dövlətlərin maraqlarının necə uzlaşdığı haqda gerçək təsəvvürün aşkar şəkildə olmamasıdır. O bütün digər məsələlərdəki kimi burada da gerçək siyasətçidən daha çox populistdir”.
Zatulinin fikrincə, Paşinyan dörd qonşudan ikisinin qarşı blokda durduğu öz respublikasının problemlərinin nə qədər dərin və ciddi olduğunu anlamır. “Ermənistan olduqca qəliz geopolitik durumda, çəkiclə zindan arasındadır. Ermənistan daxili şəraitə görə siyasi böhranı sonsuzluğa qədər uzada bilməz. Ermənistanın düşmənləri bundan faydalana bilər”.
Və doğrudan da, məhz çərşənbə günü qonçşu Azərbaycanın parlamentində deputatlar Qarabağ üzə özəl toplantı çağırmağa dəvət ediblər. Azərbaycan deputatı Qüdrət Həsənquliyev bildirib: “Biz qərar qəbul etməli və torpaqlarımızı azad etmək imkanından yerində faydalanmalıyıq. Çünki gözlənilir ki, Ermənistanda tezliklə vətəndaş müharibəsi baş verəcək. Biz durumu diqqətlə izləməliyik”.
MilliYol.Az
Digər xəbərlər
loading...