"İlkin nəticələrə görə, Dövlət Gömrük Komitəsi tərəfindən bu ilin 4 ayında nəzərdə tutulmuş proqnoz tapşırığa 136% icra olunub"
“APA-Economics” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. Onun sözlərinə görə, 4 ay üçün nəzərdə tutulmuş 750 mln. manat proqnoza qarşı 1 mlrd. 21 mln. manat proqnoz icra olunub.
"Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 270 milyon manat əlavə vəsait ödəyib. Hesab edirəm ki, ilin sonuna kimi bu tendensiya davam edəcək və uğurlarımız davam edəcək. Bu artım ticarətdə, idxal-ixrac əməliyyatlarında artım hesabına baş verib", - deyə S.Mehdiyev vurğulayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...