Gürcüstanın paytaxtı Tbilisi şəhərinin mərkəzində yerləşən “Qızılgül inqilabı” meydanının adı dəyişdirilə bilər
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bununla bağlı təşəbbüsü Tbilisi şəhər sakrebulosu (şura) irəli sürüb.
Meydana Birinci Demokratik Respublika adının verilməsi təklif olunur.
Tbilisi şəhər sakrebulosunda təkliflə bağlı mayın 2-də müzakirələr aparılacaq.
Qeyd edək ki, sözügedən meydan 1983-cü ildə açılıb və Respublika meydanı adlandırılıb. 3 dekabr 2005-ci il tarixində isə meydana “Qızılgül inqilabı” adı verilib.
Bu il Gürcüstanda ilk respublikanın yaranmasının 100 illik yubileyi qeyd olunur.
Digər xəbərlər
loading...