Mingəçevir Sənaye Parkında zəhərlənmə hadisəsi baş verib
“Report”un Şirvan bürosu xəbər verir ki, “Mingəçevir Tekstil” MMC-nin sexlərinin birində iş prosesi zamanı qeydə alınıb.
Belə ki, əməkdaşlardan ən azı 5-6 nəfərin halı pisləşib və onlar huşsuz vəziyyətə düşüb. Durumu ağır olan şəhər sakinləri – 1980-ci il təvəllüdlü Gülnarə Nurəddin qızı Hüseynova, 1976-cı il təvəllüdlü Lalə Oruc qızı Hüseynova, 1983-cü il təvəllüdlü Vidadi Yaqub oğlu Mehdiyev və Yevlax rayon sakini Yaşar Vasif oğlu Bəkirov xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, zəhərlənməyə iş prosesində tətbiq edilən kimyəvi maddənin təsiri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
loading...