İsrail İranla müharibə etmək istəmir
MilliYol report-a istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu deyib.
"Heç kim hadisələrin bu cür inkişafını istəmir", - o bildirib.
Bununla yanaşı, o, İsrailin ixtiyarında olan nüvə silahlarını müzakirə etməkdən imtina edib: "Bir şey aydındır ki, İsrail heç bir ölkəni məhv edilməklə bağlı təhdid etmir".
Xatırladaq ki, dünən İsrailin baş naziri Binyamin Netanyahu telemüraciəti zamanı İsrail kəşfiyyatının Tehranın nüvə silahlarının inkişaf etdirilməsi planlarının mövcudluğu ilə əlaqədar məlumatlar əldə etdiyini söyləyib. Üstəlik, İsrail kəşfiyyatının məlumatına görə, İran hökuməti belə silahların hazırlanması proqramını istənilən an bərpa edə bilər.
Digər xəbərlər
loading...