ABŞ-ın başçılığı altında koalisiya qüvvələrinin qırıcıları Suriyanın Haseke əyalətində terrorçu İŞİD qruplaşmasının mövqeyini vurub, nəticədə Əl-Fadil kəndində 25 dinc sakin ölüb
“Report” xəbər verir ki, hadisə əyalətin mərkəzindən 60 km cənub-şərqdə qeydə alınıb.
Hava hücumu nəticəsində ölənlərin əksəriyyətinin uşaq və qadın olduğu bildirilir.
Xatırladaq ki, bu ərazi İraqla Suriya arasındakı sərhəddə yerləşir. 2016-cı ildə İŞİD Hasekəyə aid Şedadi və Hol kəndlərindən çıxmaqla bölgədəki ən əhəmiyyətli mövqeyini itirmişdi.
Digər xəbərlər
loading...