Rəhmətlik Cəlil Məmmədquluzadə “ Molla Nəsrəddin” jurnalında yazırdı: Nə qədər yazırıq, yazırıq, bu millətə təsir etmir ki, etmir…
Bəli, Mirzə, doğru buyurmusunuz, sizin illər öncə yazıb və söylədikləriniz indi də çox aktualdır. Çünki, biz hamımız rəhmətlik Novruzəli ilə Məhəmmədhəsən kişinin nəvələriyik… Bütün millətlər əsrlə ayaqlaşar, inkişaf edər, biz isə yerimizdə sayarıq… Doğrudur, Avropalılar kimi müasir libaslar geyinər, qalstuq taxar, universitet diplomu alıb cibimizdə gəzdirərik, lakin babalarımızdan bir addım da olsun uzaqlaşmaq istəmərik ki, istəmərik!…
Siz çar Rusiyasının məmurlarını öz satiranızla tənqid edib, məzlum Azərbaycan türklərinin nə qədər alçaldıldığını, soyulduğunu ürəkağrısı ilə qələmə alardınız… “Ay balam, bu qədər də soyğunçuluq olar, kəndxudaya ver, pristava ver, naçalnikə ver, nə bilim, QOBURNATA ver!”…
İndi şükürlər olsun Ulu Tanrıya, müstəqilik, heç kimdən asılı deyilik, lakin rüşvət verməyə o qədər öyrəncəliyik ki, bir məmura rüşvət verməsək, rahat olmuruq ki, olmuruq… Hətta, Avropa Şurasının deputatlarına da yalvarırıq ki, bizdən rüşvət alsınlar. Onlar da utanmaz-utanmaz bizi dünyada biabır edirlər ki, guya biz rüşvətxor millətik…
Bəli, elə ki, müstəqil olduq, başladıq özümüz-özümüzə rüşvət verib-almağa… Nə vecimizə, indi də Moskva başımızın üstündə durmayıb ha, bizdən bircə vərəq şikayət gedən kimi bir həftə keçməmiş kəsdirərdilər bizimkilərin başının üstünü və başlayardılar haqq-hesab çəkməyə… Xeyir, a… indi adi bir məktəb direktorundan düz Prezidentin özünə “xəbərnaməli”ərizə yazırsan, bir- iki aydan sonra həmin ərizəni göndərirlər Təhsil Nazirliyinə, onlar da düz 3-4 aydan sonra sənə, xala, xətrin qalmasın, cavab yazırlar ki, siz müraciət edin yerli məhkəməyə, əgər məhkəmə sizin xeyrinizə qərar çıxartsa, sizin işiniz mütləq düzələcək… ( Guya, ərizə yazan adam bunu bilmirdi!…)
Hörmətli oxucular, yəqinki söhbətin təhsillə bağlı olduğunu anladınız. Bəli, yazılı qanunlara görə Azərbaycan təhsilini Təhsil Nazirliyi idarə etməlidir, lakin bu nazirlik Tundura meşələrindəki btaqlığın tam ortasındadır, desək, yanılmarıq… Nazirlik işçilərinin özləri etiraf edirlər ki, ölkədə 5 minə yaxın məktəb var, hamısından şikayətlər gəlir, biz isə fiziki cəhətdən çatdıra bilmirik…
Keçək, konkret faktlara, bircə məktəbin timsalında araşdırma apararaq fikrimizi davam etdirək. Sumqayıt şəhəri həmişə təhsil sahəsinə görə respublikada birincilər cərgəsində olub. Səbəb TŞ-ni idarə edənlərin bu işin öhdəsindən ləyaqətlə gəlmələri olub. Lakin 2 ilə yaxın bir müddət ərzində şöbəyə başçılıq edən Namazov Nizami bütün sistemi məhv etmiş, korrupsiyaya qurşanmış, Sumqayıt təhsilini bərbad günə salmışdır. Nazirliyin göstərişinə əsasən, Sumqayıt məktəblərinə işə qəbul imtahanından 48 baldan aşağı bal toplayan müəllimləri götürmək olmaz. Lakin, 2017-2018-ci dərs ilinin başlanğıcında, avqust-sentyabır aylarında 35-45 bal toplamış 200 nəfərdən çox gənc kadr Namazov Nizami tərəfindən hansı yollasa işə götürülmüşdür ki, onların da müddəti cəmi bir dərs ilidir. Şəhərdə gəzən söz-söhbətə görə bu əməliyyatdan “qoçaq müdir” bir milyondan artıq pul qazanmış və bir az da “atanşiklik” etmişdir.
İki ay ərzində bu qədər pula sahib olan “qabaqcıl müdir” bir az da irəli gedərək, 9 nömrəli tam orta məktəbin rəhbərlərini-direktor və müavinlərini bir günün içində qanunsuz olaraq işdən azad etmiş və çox təəssüflər olsun ki, birbaşa direktor təyin edə bilmədiyi üçün, 39 saylı məktəbin ibtidai sinif müəllimi Həqiqət Abdullayevanı ( deyilənə görə, QIRX MİN MANAT müqabilində) yuxarıda adı çəkilən məktəbə direktor müavini təyin edərək, direktorluğu ona həvalə etmişdir.
Və bundan sonra 9 saylı məktəb istifadəyə verildiyi gündən indiyə qədər belə şikayət mənbəyinə çevrilməmişdir. Nazirliyin hərəkətsiz qaldığını görən sabiq rəhbərlər yerli məhkəmələrə müraciət erərək öz işlərinə bərpa olmaları üçün iddia qaldırmışlar. Uzun müddətdən sonra məhkəmə ədalətli qərar çıxardaraq onları əvvəlki işlərinə bərpa etmişdir. Lakin, bu zaman böyük bir “QARABAĞ DÜYÜNÜ” yaranmışdır ki, indiyədək açmaq olmur ki, olmur… Yəniki, keçmiş müavinlər deyir ki, Qarabağ bizimdir, direktorəvəzi Həqiqət Abdullayeva deyir ki, “- A kişilər, siz nə danışırsınız, Qarabağ nə vaxtdan Azərbaycanın olub, ora qədim erməni torpağıdır! İnanmırsınızsa, gedin N. Namazovdan soruşun!” ZAVALLI Namazov da özünün dediyinə görə ərizə yazıb ki, onu tutduğu vəzifədən azad etsinlər… Guya gedib elmi işini davam etdirmək arzusundadır. Lakin ondan soruşan yoxdur ki, “-Ayə, harıya gedirsən?! Barı evdəkilər bilirmi, ayə!?”… Bəs bu 200 nəfərin aqibəti necə olacaq? Əslində, normal ölkələrdə, səni kimilərin yeri həbsxanadır!… Heç olmasa, H. Abdullayevanı direktor təyin etdir də!… Axı o yazıq qalıb pis vəziyyətdə, əlini hara atırsa, pul istəyirlər… Bu zavallı qadın pristava versin, naçalnikə versin, QOBURNATA versin, məhkəmələrə, prokurorlara versin?! Ayə, bəs bu yazıq haranın daşını vursun təpəsinə?!…. Sənin olmayan vicdanın buna necə yol verir ki, baş alıb gedirsən? Bəli, deyəcəksən ki, ona şərait yaratmışam da, getsin işləsin… Düzdü, bu yazıq iki nəfər adamdan pul alıb, xadimə kimi işə götürüb, lakin işlətmir, oturdur öz yanında, əgər pul almasaydı yəqinki, aidiyatı işlə təmin edərdi. 15-20 nəfər yuxarı sinif şagirdindən pul alıb “ölücan” kimi saxlayır. 2-3 nəfər texniki işçini “ölücan” kimi saxlayır ki, onlardan da birinin maaş kartı “zavxoz” Bəhramın cibindədir. Belə olmasaydı zavxoz onun şubasını qolunun üstündə gəzdirməz, direktora “taksi xidməti” göstərməzdi. Doğrudur, şagirdlər ona “kalxoz” müəllim deyirlər, yazıq neynəsin, “çörəyindən ötrü lazım gəlsə, erməniyə də DAYI deməyə hazırdır.” Binəva heç evdəkilərə belə qulluq eləmir ki, direktordan ayıbdır…
Yaxşı, tutaq ki, axar-baxarlı Şəki şəhərindəki Dini Tədris məktəbində təhsil alan 1-2 şagirdin adı 9 saylı məktəbin şagirdləri sırasında gedir. Ə, NƏ OLSUN?! Tutaq ki, müəllimləri tək-tək kabinetinə çağıraraq onlardan 50 manat alır.. Ə, NƏ OLSUN?! Tutaq ki, gələn dərs ilində müəllimlərdən hansı növbədə işləyəcəkləri üçün 500 manatdan yığır… Ə,NƏ OLSUN?!
İnsafla desək, bütün bunlar N. Namazovun “semiçka pulu”nu ödəməz… Hələ onu demirik ki, başqa bir zavallı qadın- Təranə Nəsirovadan düz 10 min manat alaraq qoymusan təşkilatçı. O da əsəbindən zəncir çeynəyir, iki sinif rəhbərinin hərəsindən ayda 40 manat almaqla 10 mini haçanacan çıxardacaq? Ona görə də danışığını bilməyərək qız uşaqlarına küçə söyüşləri söyür…
Eh… ay Namazov, Bir gün Roma imperatoru Sezar Afrika sahillərini gəzərkən ayağı büdrəyir və yıxılır. Biabır olmamaqçün ucadan deyir:-Eh… Ay Afrika sahilləri səni qucaqlamaq istəyirəm!…
MilliYol.Az
Digər xəbərlər
loading...