Xalq artisti Flora Kərimova ilə əməkdar artist Röya Ayxan arasındakı qalmaqal uzun illərdir davam edir. İndiyə qədər onların hər ikisi susurdu və bir-birinə qarşı ictimaiyyət qarşısında heç nə demirdi. İndi isə vəziyyət dəyişib
Axşam.az xəbər verir ki, F.Kərimova sözügedən münaqişənin səbəbləri və gənc həmkarı ilə münasibətləri barədə Sputnik Azərbaycan-a müsahibəsində ətraflı danışıb:
— Hazırda sizin Röya ilə qalmaqalınız gündəmdədir. Bu münaqişənin səbəbi nədir?
— On il əvvəl, Roya bu yolu (dava — red.) tutmağa cəhd edəndə və məni jurnaldakı şəkildə orta barmağı ilə göstərəndə, bir müxbir çox doğru olaraq qeyd eləmişdi ki, o, adətən konsertindən əvvəl özünə total diqqəti cəlb eləmək üçün qalmaqal yaradır. Və ilk dəfə Röya konserti zamanı öz məqsədi üçün məni seçdi. Çünki mən sənətkar idim. Eyni şey ikinci dəfə də baş verdi. O məni günahlandırdı ki, mən onu sənətkar hesab eləmirəm.
Elə səs var ki, onun ifa etmək imkanları çox məhduddur və əgər o səs inkişaf etmirsə, bütün mahnılar eyni cür səslənirsə, onda tamaşaçı bu müğənniyə marağını itirir. Mən sözləri eşidən kimi ona dinləyicini həyəcanlandıran, narahat edən və bəzən göz yaşları axıtmağa vadar edən səsimi əlavə edirəm. Bu, ilahidən gəlir. Mən heç nə düşünmürəm. Sadəcə, Allahın mənə verdiyi istedad tədricən iş prosesində açılır. Mənə, hətta özüm haqqında belə danışmaq xoş deyil. Onlarınsa belə bir imkanları yoxdur. Onlar tamaşaçını bezdirirlər və öz ifaları ilə yeni heç nə nümayiş etdirmirlər.
Öz tərbiyəsizlikləri ilə məhv etdikləri gözəl musiqilər istisna olmaqla, xalqın şərəfi, mədəniyyəti, mentaliteti ilə oynayırlar.
Röya başa düşməlidir ki, təkcə özünü deyil, həm də "ləyaqət" sözünün alternativinin olmadığı Azərbaycanı təmsil edir. Axı o, özünün çirkin davranışları ilə hamını biabır edir. Sizcə, mən bu respublikanın vətəndaşı olaraq necə susum?
— Flora xanım, Röya etiraf edir ki, yaradıcılıq yolunun başlanğıcında siz həmişə ona dəstək vermisiniz və hətta onu qızınızın toyuna da dəvət etmisiniz…
— Bəli, o mənim qızımın toyunda olub, çünki həmin vaxtlar da, indi də onun tərəfindən çox sevilir. Qızımın mənə qarşı sənətlə bağlı iradları olan adamları bağışlamaq kimi bir şakəri var. Mən ən başda Röyanı dəstəkləmişdim və o, bunu yaddan çıxarmamalı, jurnalda mənə orta barmağını göstərməməli idi.
— Axı Röya deyir ki, o, həmin barmağı sizə göstərməyib…
— Bu necə ola bilər? Bu məxsusi olaraq çəkilmiş şəkildir. O, hətta burada xüsusi poz verib. Röya onun adını daşıyan həmin jurnalın yaradıcısı və redaktoru olub. Siz necə düşünürsüz, hansısa sponsor məsuliyyəti öz üzərinə götürərək belə bir nəşr buraxır?
Bundan əlavə, o, iddia edir ki, mənim "Bir axşam taksidə" mahnımdan başqa kompozisiyam yoxdur. Röya, axı sən illərlə öz maşınında mənim "Bilməzdim" mahnıma qulaq asmısan!
Mən bir şeyi bilirəm ki, o, İlhamə Quliyevanın sözlərini səsləndirir. Çünki bu "komplimentləri" mən İlhamənin ağzından eşitmişəm. Bəs Röyanın öz sözləri hanı və o niyə eynilə İlhamənin yolunu gedir? Mən həmişə hamıya xəbərdarlıq edirəm: "Mənə toxunmayın". Və ona görə demirəm ki, bu, məni təhqir edir. Ona görə ki, mən bir qadın olaraq öz uşaqlarıma görə məsuliyyət daşıyıram. Mən beləyəm də. Mən hər bir Azərbaycan qadınının, hətta alçalanlarının belə arxasında dağ kimi duracağam, çünki o azərbaycanlıdır və bu xalqın qanını daşıyır.
— Aranızda barışıq mümkündürmü?
— Əlbəttə ki, yox. Mən onun anadangəlmə xarakterini dəyişə bilərəm? Mən Röyanı İlhamə Quliyeva onu "iylənmiş", "bitli", "pinti" adlandıranda müdafiə eləmişəm. Mən dağ kimi onun dalında dayanmışam. Mənim Röyaya sadəcə qadın kimi iradım olub və dəfələrlə ona bu barədə demişəm. Əgər o, bunu qiymətləndirməyibsə və mənə orta barmağını göstəribsə, mən nə etməliyəm? Mən bütün bunları udub deməliyəm ki, "sağ ol, ay Röya, mən sənin sponsorlarından qorxuram?"
— Deməli, qalmaqal davam edəcək?
— Mən ona bu səbəbdən cavab vermişəm ki, o, məni siyasi fəaliyyətimlə vurmağa başlayıb. Ona müraciət edərək soruşmaq istəyirəm: "Sən bunları danışmağı utanmadın? Hamı sənə tüpürdü".
Röya indi ona görə susur ki, aşağı doğru yuvarlandığını başa düşüb. Faiq Ağayev də özünü belə yandırmışdı, məni incitməyə başladı və indi heç kimdir. Röya da həmin vəziyyətə çatıb. Onun istedadı yoxdur, sadəcə ürəkdən oxuyur. Amma o unudur ki, həmin ürəkdən hamıda var.
Mənim 77 yaşım var. Mən onun kimi axmaq deyiləm ki, sözləri qulaqardına vuram. Məndə ona cavab verəcək nələrsə var və bütün bunlara görə, o özü günahkardır. Necə yeddi yaşlı uşağın yanında unitazda otururmuş kimi oturub poz verərək orta barmağı göstərmək olar?!
Təəccüblüdür ki, Faiq, İlhamə və Röyanın hər üçünün hərəkətlərində eyni xətt, eyni ifadələr və eyni ittihamlar sezilir. Sanki onlar əkizlərdir. Röya anlamalıdır ki, məni özünün sponsorları ilə qorxuda bilməz. Onsuz da o sponsorlar uzun müddət onun dalında durmayacaqlar. Bunu başa düşmək üçün Röyanın, hətta qadın ağlı da çatmır.
MilliYol.Az
Digər xəbərlər
loading...