Azərbaycanda bəzi avtomobil yollarında yeni lokal sürüşmə və uçqun prosesləri qeydə alınıb
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Ə.Qaralovun sözlərinə görə, Lerik rayonu Lənkəran-Lerik yolunun 27-29 kilometrliyinin sürüşmə sahəsində uçqun-sürüşmə prosesinin diamikasında atmosfer yağıntıları və texnogen amillərin təsirindən yolboyu yamacda yeni lokal sürüşmə və uçqun prosesləri müşahidə olnub. Lənkəran-Lerik yolunun 45-47-ci kilometrliyi sürüşmə sahəsində atmosfer yağıntıları və texnogen amillərin təsirindən, Lerik-Qoşmalyan-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində təbii amillərin təsirindən prosesin dinamikasında nisbi aktivlik qeydə alınıb.
Ekspedisiya rəisi bildirib ki, Lənkəran rayonunun Lənkəran-Lerik yolunun 17-19-cu kilometrliyində atmosfer yağıntıları və texnogen amillərin təsirindən yolboyu yamacda bir neçə yerdə yeni uçqun, bir neçə yerdə yeni sürüşmə sahəsi qeydə alınıb.
Mütəxəssisin sözlərinə görə, Lənkəran rayonunun Gəgiran sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən aktivlik müşahidə edilib və bir neçə lokal sahədə yeni sürüşmə və uçqun sahələri qeydə alınıb. Lənkəranın Tükəvilə-Diryan-Gəgiran yolunun 12-ci kilometrliyində təbii və texnogen amillərin təsirindən nisbi aktivləşmə olub. Masallı rayonunun Güllütəpə, Züvad sürüşmə sahələrində, Masallı-Yardımlı yolunun 13-15, 7-16-24-26 kilometrliyində təbii amillərin təsirindən sürüşmə sahəsi aktivləşib. Cəlilabad rayonunun Sadatlı sürüşmə sahəsində aktivləşmə, Cəlilabad-Cəngan-Soltankənd yolunun 17-ci kilometrliyində mövcud sürüşmə sahəsinin parametrlərində atmosfer yağıntılarının təsirindən artım qeydə alınıb.
Ə.Qaralov deyib ki, Gədəbəy rayonunun Arıqıran sürüşmə sahəsində, Xızı-Altıağac yolunun mövcud sürüşmə sahəsində aktivlik olub. Xızı-Altıağac yolunun sağ və sol hissəsində bir neçə lokal sahədə çökmə-oturma hadisəsi qeydə alınıb, bu yolun 11-15-ci kilometrliyində təbii və texnogen amillərin təsirindən aktivlik müşahidə olunub.
Nazirlik rəsmisi qeyd edib ki, aprel ayı ərzində Bakı-Ağsu magistral yolunun 132-156-cı kilometrliyində uçqun-töküntü hadisələri baş verib, Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliyində sürüşmə prosesi aktivləşib, yol boyu bir neçə yerdə lokal sürüşmə sahələri aşkarlanıb.
MilliYol.Az
Digər xəbərlər
loading...