Azərbaycan vətəndaşı Rusiyanın Moskva şəhərində girov götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən MilliYol.Az-a verilən məlumata görə, avqustun 21-də Ağdaş rayonunun Şəkili kənd sakini Mədinə Həsənova polisə müraciət edərək naməlum şəxsin, zəng edərək Moskva şəhərində yaşayan oğlu Elşadı girov götürmələrini və onun buraxılması müqabilində 10.000 manat pul tələb etmələrini bildirib.
Ağdaş RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri Elçin Yaqubov, Zəki Mirhəsənov, Yaşar Ağayev və Cavid Qeysov tutulublar.
Araşdırma aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...