Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Gəncə şəhər sakini Şahin Məmmədov axşam saatlarında Şah İsmayıl Xətai prospektində 3 nəfər tərəfindən döyülüb, bıçaqla hədələnərək pulunun alındığını bildirib
DİN-dən virtualaz.org-a verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan raşdırmalarla Ş.Məmmədova qarşı quldurluq törədən şəxslərin zərərçəkənə məxsus 120 manat pulu aldıqdan sonra avtomobillə aradan çıxdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Keçirilən tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinənlər - əvvəllər məhkum olunmuşlar - Göygöl rayon sakini Orxan Həsənli, Gəncə şəhər sakinləri İsgəndər Məmmədov və Hüseyn Mayılov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Əməliyyat tədbirləri ilə polis əməkdaşları tərəfindən İ.Məmmədovun şəhər ərazisindəki yaşadığı evdən 1 ədəd “F-1” qumbarası və narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Araşdırma aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...