Ermənistanda dərc olunan “Johovurd” qəzetinin yazdığına görə, bu günlərdə parlamentdəki Respublikaçılar partiyası (ERP) fraksiyasının nümayəndələri ilə görüşdə ERP-nin sədri Serj Sarkisyan partiya sədrinin dəyişilməsinin mümkünlüyünü istisna etməyib
Bundan əlavə, o, partiya nümayəndələrinə bildirib ki, onlar hər bir məsələ üzrə Karen Karapetyanı dinləməlidirlər və bununla da partiyada rəhbərliyi ona verəcəyinə eyham vurub.
Virtualaz.org mənbəyə istinadən xəbər verir ki, bununla belə hazırda ERP-də vəziyyət dəyişib. Serj Sarkisyan partiya sədri olaraq qalır. İstisna olunmur ki, Karapetyan növbəti dəfə Ermənistanı tərk edəcək və “Qazprom”dakı işinə qayıdacaq.
İş burasındadır ki, ERP nümayəndələri ilə Karen Karapetyan arasında fikir ayrılığı bu müddət ərzində kəskinləşib. Serj Sarkisyanın istefasından sonra Karapetyan nəyin bahasına olursa olsun, baş nazir postunu saxlamağa çalışıb və partiyadaşlarının fikrinə məhəl qoymayıb. Eyni zamanda, ölkənin xaricində özünə dəstək axtarışında olub. “Bütün bunlar Serj Sarkisyanın xoşuna gəlməyib”, - qəzet yazır.
MilliYol.Az
Digər xəbərlər
loading...