“Biz Rusiyanı strateji müttəfiq sayırıq və bizim hərəkatımız buna təhlükə yaratmır. Əgər mən baş nazir seçilsəm, Ermənistan Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qalacaq”
MilliYol.Az APA-ya istinadən verdiyi xəbərə görə, bu sözləri Ermənistan parlamentinin xüsusi iclasında çıxış edən “Yelk” (Çıxış) fraksiyasının baş nazir vəzifəsinə namizədi Nikol Paşinyan bildirib.
N. Paşinyan xalqın qələbəsinin oğurlanmasına yol verməmək üçün öz tərəfdarlarını yenidən küçələrə çağırıb. O, hakimiyyətdəki Respublikaçılar Partiyasına müraciətlə deyib: “Siz Ermənistandakı vəziyyəti anlamadınız və anlamırsınız. Xəbərdarlıq edirəm ki, xalq hərəkatının tolerantlığı siyasi sunami ilə nəticələnə bilər. Xalqa üzümü tutaraq deyirəm: evdə oturmayın, Respublika Meydanına axışın və şəhərlərin küçələrini doldurun. Küçələrə çıxın”.
Qeyd edək ki, 105 deputatdan ibarət Ermənistan parlamentində baş nazir seçilmək üçün 53 səs lazımdır. N. Paşinyan indiyədək 47 deputatın dəstəyini alıb və Respublikaçılar Partiyasından azı 6 deputatın dəstəyinə ehtiyacı var.
MilliYol.Az
Digər xəbərlər
loading...