Milli Məclisin iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov müstəqilliyin ilk illərindən səsləndirilən “istiqlalçı deputatlar” ifadəsinə etiraz edib
S. Novruzov bildirib ki, həmin vaxt Azərbaycan parlamentinin 350 üzvü olub və onların hamısı ölkənin müstəqilliyinə səs verib. O qeyd edib ki, sadəcə onlardan bir qismi sabiq prezident Ayaz Mütəllibovun təklif etdiyi ittifaq müqaviləsinin əleyhinə səs veriblər: “İndi onlar özlərini “istiqlalçı” hesab edirlər, digərləri isə kənarda qalır. Xahiş edirəm, Milli Məclis bir qərar versin və bu məsələyə birdəfəlik aydınlıq gətirilsin”.
Deputat Fərəc Quliyev isə həmkarının fikirlərinə etiraz edib: “Yalnız istiqlalçı deputatlar SSRİ-nin saxlanmasına etiraz edib, Azərbaycanın dövlət müstəqilliyinə səs veriblər. Bunu diqqətdə saxlamaq lazımdır”.
MilliYol.Az
Digər xəbərlər
loading...