2017-ci ildə böyük müharibə başlayacaq və Rusiya qalib gələcək.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu proqnozla məşhur rusiyalı astroloq, Rusiya Təbii Elmlər Akademiyasının müxbir üzvü, “İmperiya axtarışları”, “Müharibələrin nəzəriyyəsi” kimi kitabların müəllifi Qriqoriy Kvaşa çıxış edib.
Q. Kvaşa bununla bağlı qələmə aldığı məqalədə yazır ki, 1612-ci ildə polyaklar, 1709-cu ildə isveçlilər, 1812-ci ildə fransızlar, 1941-ci ildə almanların hücumlarının təhlili Avropanın Rusiya üçün ciddi təhdid olmadığını göstərir: “Düşmən okeanın o tayından gələcək və çətin ki, indi bu fikirlərlə kimisə təəccübləndirmək mümkündür. Əslində 1946-cı ildə “Fulton” nitqindən (Çörçilin məşhur nitqi-red) sonra gələcək düşmənin adı Rusiyada heç kimə sirr deyil”.
Q. Kvaşa hesab edir ki, nəzəriyyəyə əsasən dövlətlər iki inkişaf yolunu tutur: imperiya ritmi ilə hərəkət edənlər və totalitar yolu seçənlər.
“İmperiya ritmi ilə hərəkət edən dövlətlər çox nadir hallarda olur. Dünya tarixində imperiyaların meydana çıxması unikal hadisədir. Tarix göstərir ki, imperiya ritmi ilə hərəkət edən dövlət həmişə qalib gəlir. Tarixçilər imperiya möcüzələrinə diqqət yetirməməyə çalışırlar, onlar imperiyaların yaranmasını əsasən təsadüfi vəziyyətlə izah edirlər. Onlara görə, “ərəb xilafəti”, “məğlubedilməz armada”, bütün bunlar təsadüfdür. Lakin axtarışlar imperiyanın möcüzələrini ortaya çıxarır”, - deyə o qeyd edib.
Müəllif hesab edir ki, totalitar yolu seçən dövlətlər məhvə məhkumdur: “Totalitar dövlətlər qısaömürlü olur və həmişə məğlubiyyətlə üzləşir. Bununla bağlı tarixi nümunələr var: Hitler, Napoleon, II Fridrix, XII Karl, II Filip və digərləri”.
Q. Kvaşa Rusiyanın indiki vəziyyətinə diqqət çəkir və qeyd edir ki, hazırda Rusiya totalitar yolla klassik imperiyanın kənarındadır: “Rusiyada indi imperiya ritmi formalaşır. Totalitar oxşarlıq Rusiya üçün o qədər də məqbul deyil”.
Onun fikrincə, indiyə qədər tarixdə totalitar oxşarlığı olan üç böyük imperiya məhv olub: Avstriya, Yaponiya və Almaniya.
“İndi növbə iki bədheybətindir: Qərb-ABŞ və Şərq – Çin”, - deyə müəllif yazır.
Q. Kvaşa bir il sonra – 2017-ci ildə Rusiya və ABŞ-ın müharibəyə başlayacağını proqnozlaşdırır: “Rusiya və ABŞ 2017-2025, Rusiya və Çin 2021-2025, Çin və ABŞ 2021-2029-cu illərdə müharibə edəcək. Bu müharibələri təxminən proqnozlaşdırmaq üçün keçmiş presedentlərə müraciət etməliyik. 1945-ci ildən sonra amerikalılar SSRİ-yə qarşı “soyuq müharibə” elan etdi. Hansı ki, bunun əsasında nüvə şantajı dayanırdı. 1946-cı ildəki “Fulton” nitqi əslində müharibə elanı idi. 1949-cu ildə SSRİ güclü bombanı sınaqdan keçirdəndən sonra ABŞ-ın nüvə şantajı zəifləməyə başladı. Lakin 1950-ci ildə Koreya müharibəsi başlandı. Koreya Xalq Respublikası və SSRİ ABŞ-a qarşı vuruşurdu. Fərz etmək olar ki, 1945-ci ildən 72 il sonra – 2017-ci ildə, yaxud da 2018-ci ildə ABŞ tərəfindən Rusiya qarşı kəskin addımlar atılacaq. 2021, yaxud 2022-ci ildə isə ABŞ-la Çinin açıq toqquşması başlanacaq”.
(Qeyd edək ki, Pentaqonun Çinlə müharibə hazırlığı planı üzərində işlədiyi haqda məlumatlar yayılmışdı. Plana əsasən bu müharibə 2025-ci ildə baş verə bilər.
Lakin Q. Kvaşa hesab edir ki, tarix əsas deyil.
“Bir il öncə, yaxud sonra. Burada əhəmiyyətli məqam başqadır. ABŞ bu müharibədə ciddi şəkildə məğlub olacaq və böyük dövlətlər klubunda “kovboy” funksiyasını itirəcək. Gələcək Birləşmiş Ştatları müasir İsveçin sakit taleyi, yaxud İspaniya, Avstriya kimi heç bir dünya ambisiyası olmayan kurort ölkə olmaq qisməti gözləyir”, - deyə rusiyalı o vurğulayıb.(publika.az)
MilliYol.Az
Digər xəbərlər
loading...