Aparıcı Cavid Gül “Xəzər” telekanalından ayrılıb. O, bu haqda Axşam.az-a açıqlamasında deyib.
C.Gül bildirib ki, iyunda aparıcılıq etdiyi “Diapazon” proqramının yayımı dayanıb və o kanaldakı fəaliyyətinə son qoyub.
Tamaşaçılar bundan sonra onu əvvəl çalışdığı ATV telekanalında görəcəklər.
Aparıcı bu dəfə aktyor kimi efirə çıxacağını söyləyib: “Elməddin Cəfərov yeni lentə aldığı “Kişi sözü” serialı üçün baş rolu mənə təklif etdi. Tərəf müqabilim Nurlana Cəfərova olacaq. “Əhməd haradadır?” filminin ssenarisi əsasında çəkilir. Azərbaycanda ilk romantik komediya janrında çəkilən serial olacaq”.
Cavid aparıcı kimi də efirdə görünəcəyini bildirib. O, hələ yeni layihəsi ilə bağlı geniş açıqlama verə bilmədiyini deyib.
MilliYol.Az
Digər xəbərlər
loading...