İsrailin baş naziri Benyamin Netanyahu rəsmi Tehranı nüvə silahlarının istehsalına dair arxivləri gizlətməkdə günahlandırıb
APA-nın TASS agentlyinə istinadən verdiyi xəbərə görə, B.Netanyahu bildirib ki, 2017-ci ildə İran nüvə silahları üzrə arxivlərini gizlədib.
“İran nüvə silahının yaradılması proqramına malik olmadığını yalan deyir. İranla nüvə razılaşması yalana əsaslanır”, deyə B.Netanyahu vurğulayıb.
İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və altılıq ölkələri: Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir. 2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib və gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib.
Digər xəbərlər
loading...