ABŞ dövlət katibi İsrail-Fələstin sülh prosesinin bərpasının Amerikanın prioriteti olduğunu bildirib
Mayk Pompeo Fələstini siyasi dialoqa qayıtmağa çağırıb. O deyib ki, “biz həm İsrail, həm də fələstinlilər üçün yaxşı nəticələnəcək sülh prosesini davam etdirəcəyik”. Pompeo bunları İordaniyanın xarici işlər naziri Ayman Safadi ilə görüşdən sonra deyib.
ABŞ dövlət katibi doğru razılıq əldə edilməsinin tərəflərdən asılı olduğunu bildirib. O, ABŞ-ın iki dövlət variantına açıq olduğunu deyib. Pompeo Yaxın Şərqə ilk səfəri çərçivəsində İranı nüvə proqramına görə cəzalandırmaq çağırışları da edib.
Pompeo deyib ki, prezident Tramp gələn ay İranın nüvə razılığını ləğv edəcək. O, Trampın açıq şəkildə razılığın yararsız olduğunu söylədiyini deyib.
İsraildə ikən dövlət katibi bildirib ki, keçmiş administrasiyadan fərqli olaraq prezident Tehranın silah təhlükəsinin aradan qaldırılması üçün əhatəli strategiyaya malikdir. Daha əvvəl Mayk Pompeo Səudiyyə Ərəbistanı və onun qonşularını Qətərlə uzunmüddətli mübahisələrin həllinə səsləyib.
ABŞ rəsmiləri İranın Yəmən və Səudiyyə Ərəbistanı daxil edilməklə, regionda nüfuzunu artırmağa çalışdığını deyib. (strateq.az)
Digər xəbərlər
loading...