Ukrayna prezidenti Pyotr Poroşenko öz “Facebook” səhifəsində Donbas bölgəsində anti-terror əməliyyatları rejiminin (ATO) başa çatdığını bəyan edib
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna KİV-də məlumat yayılıb.
Onun sözlərinə görə 14:00-dan etibarən ATO-nu Birləşmiş Ukrayna qüvvələrinin əməliyyatı əvəz edib. Ukrayna rəhbərliyi əmin edir ki, əvvəlki əməliyyat formatının potensialı tükənib.
Bundan sonra Ukraynanın şərqində hərbi əməliyyatları bilavasitə Ukrayna hərbi komandanlığı idarə edəcək. Buna qədər əməliyyatların gedişinə Ukrayna təhlükəsizlik xidməti cavavdeh idi.
Digər xəbərlər
loading...