“Azərxalça” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 44,565 mln. manat təşkil edib
“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
2017-ci ildə “Azərxalça”nın uzunmüddətli aktivləri 13 dəfə artaraq 15,667 mln. manata, cari aktivləri isə 2,1 dəfə artaraq 28,898 mln. manata çatıb.
İl ərzində səhmdar cəmiyyətin cəmi öhdəlikləri 4,1 dəfə artaraq 107 min manat, cəmi kapitalı isə 3 dəfə artaraq 44,458 mln. manat olub.
Xalça satışına 2017-ci ildə başlamış “Azərxalça”nın satışdan gəliri 62 293 manat, satışının maya dəyəri 107 500 manat, satış və paylanma xərcləri 63 903 manat, eləcə də inzibati və əməliyyat xərcləri 969 040 manat (5 dəfə çox), xarici valyuta əməliyyatlarından xalis gəliri 305 manat (78,4% çox), faiz gəliri 452 083 manat (8,2 dəfə çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 59 509 manat (2,55 dəfə çox) təşkil edib. Son nəticədə şirkət ötən ili 566 253 manat zərərlə başa vurub ki, bu da əvvəlki ilə nisbətən 5 dəfə çoxdur.
Xatırladaq ki, “Azərxalça” ölkə prezidentinin sərəncamı ilə 5 may 2016-cı ilə yaradılıb. Onun nizamnamə kapitalı 15 mln. manatdır. Qurumun dövriyyədə hər birinin nominal dəyəri 1 manat olan 15 mln. ədəd səhmi var. Səhmləri 100% dövlətə məxsusdur.
2017-ci ildə “Azərxalça”nın işçilərinin sayı 701 nəfər və yaxud 9,15 dəfə artaraq 786-ya çatıb.
MilliYol.Az
Digər xəbərlər
loading...