ABŞ prezidenti Donald Trampla xanımı Melaniya Tramp arasında “soyuq müharibə” davam edir
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, bir neçə gün əvvəl Fransa prezidenti Emmanuel Makronla xanımı Bricit Makronun ABŞ-a səfəri zamanı Trampın əlini itələməklə gündəm olan Melaniya bu dəfə ərinin dediklərindən təəccüblənəcək. Belə ki, canlı efirlərin birində qonaq olan Ağ Ev rəhbəri həyat yoldaşına ad günü hədiyyəsi almadığını deyib:
“Əslində bu mövzuda danışmaq istəmirəm. Başımı dərdə salmayım. Ona xüsusi açıqca və gül bağışladım. Mən çox işləyirəm, ona hədiyyə almağa ayıracaq qədər zamanım yoxdur”.
Qeyd edək ki, porno ulduz Stormi Danielsin Melaniya hamilə olarkən Donald Trampla eşq yaşaması açıqlamasından sonra prezidentlə birinci xanım arasında münasibətlər gərginləşib.
MilliYol.Az
Digər xəbərlər
loading...