“Bizim sənətdə "ata-ana" söhbəti yoxdur. Madonna, Beyons ana deyil? Niyə məni müzakirə edəndə “anadır ey” deyirlər? Gəlib mənim evimdəki tərbiyəni görsən... Oğlumun saf dünyası var, o, heç bir dava, stress görməyib. Onu saf böyüdürəm, insanlara sevgisi olmasını istəyirəm. Onu saf böyütmək istəyirəm. Yemək yemir, özü bilər. Dərs oxumur, məcbur etməyin. Çox şükür ki, incəsənəti qəbul etmir. Xoşbəxt anayam, məni bədbəxt insanlar müzakirə edir”
Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Röya Ayxan “Stop” verilişində deyib.
Müğənni şou-biznesdəki vəziyyətdən danışıb. O bildirib ki, ondan böyük müğənnilər arasında paxıllıq var:
“Köhnə nəsil çox paxıldır. Bizim təbəqə dostluq edə bilir. Bizdən sonra gələn nəsildə isə ikiüzlülük və qorxaqlıq var. Şou-biznes indi maraqlıdır, sadəcə biz özümüz bəyənmirik. Təyyarədə uçanda həmişə yanımdakı yeri də alıram ki, tək oturum. Çünki oturanda başlayırlar “Filankəs niyə boşandı?”. Deyirəm, başqa işin yoxdur, mən uçuram ki, başım dincəlsin”.
Röya bildirb ki, şou-biznesdə sənətçilərin oxuduğu mahnıların hamısı birinci ona gəlir:
"Mahnıya qulaq asanda deyirəm ki, bu, Natavanındır, bu, Günay İbrahimlinindir. Hamısı da elə olur. Bu yaxınlarda Aygün Kazımovanın oxuduğu "Hardasan" mahnısından deyim. Bu mahnını iki adam oxudu (Rəqsanə İsmayılova-red.). Ona ilk mən qulaq asmışdım, dedim ki, Aygün Bəylər oxumalıdır. Nəqarət yerində onun səsini eşitdim. Bunların adını çəkməyə bilmərəm. Onlar var, dana bilmərik. Faiq Ağayev və heç bir sənətçi mənim düşmənim deyil. Ta ki, qadınlığımı təhqir etməyə qədər.
Bəziləri deyir ki, bunun nə qədər sevgilisi var, həyatına gendə biri gəlib gedir. Biri düşünmür ki, adam böyüdükcə, həyatına kimisə salmaq daha çətinləşir".
Sənətçi xalq artisti Flora Kərimova ilə qalmaqalının səbəbini açıqlayıb:
"2006-cı ildə mənə dedilər ki, "Primodonna"dan xeyir-dua almısınız? Dedim, İlhamə Quliyeva... Özünə də dedim ki, sizə İlhamə Quliyeva deyəcəm. Həmin ərəfədə Flora Kərimova mənə çox zəng etdi, bu birinə görə mənimlə münasibət qurmağa çalışdı. Sonra konsertimdə İlhamə Quliyevanı görəndə, düşmən olduq. Allah uzun ömür verib, ağlı əlindən alacaqsa, qısa ömür versin, bu dünyadan ağıllı çıxım gedim. Ağıllı qadınam, başyeyən deyiləm. Heç nədən konfet düzəldənəm. İndiyənə kimi marka tanımırsınız, pul qazanıb parikini dəyişə bilmirsən, hələ də prakata paltar geyinirsən. Sənsən ağıllı yoxsa mən? İndi müğənnilər mağazaya girəndə 100 minlik malı nisyə ala bilirlər. çünki Röya 500 minlik mal alıb və ödəyib. Məndən əvvəl müğənnilər mal götürüb, pulun vermirdilər. Bunları mən sizlər üçün qoyub gedirəm. Bir vaxtlar müğənnilərin etdiyi səhvləri Röya düzəldir. Mənni alan oğlan bağçadan uşaq almışdır? Bəli, səhnədə açıq geyinəcəm, oğlum da mənlə fəxr edəcək".
R.Ayxan "Şou-biznesdə səndən sonra niyə Röya olmadı" sualına belə cavab verib:
"Röya qədər sözündə səhvsən. Aygün Kazımovaya da belə deyib, mənə qarşı çevirdilər. Aygün Kazımova Aygündür. Röya da Röya. Təzə gələnin isə öz adı olacaq. Mən bəyəm Aygün Kazımova kimi oxuyuram? Hər dəfə bu söz üstündə dava etmişəm. Onu da efirə veriblər və qalmaqal düşüb".
MilliYol.Az
Digər xəbərlər
loading...