Ötən il narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2 907 fakt aşkar edilib
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupundan APA-ya verilən məlumata görə, onlardan 897-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1749-u satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 201-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 60-ı isə digərləri təşkil edib.
Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 202 kq 065,799 qr müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, 12 830 ədəd çətənə kolu, 12 kq 793 qr güclü təsir edən və 59 kq 391,1 qr zəhərli maddə müsadirə olunub.
Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 676 kq 226,576 qr marixuana (56%), 242 kq 419,444 qr tiryək (20%), 196 kq 786,845 qr heroin (16,4%), 20 kq 327,234 qr həşiş (1,6%), 66 kq 290,853 qr digərləri (6%), 14,847 qr kokain və 1645 ədəd həb, həmçinin 2910 ədəd flakon mydrax (100%),1 kq 545,4 qr psixotrop maddə təşkil edib.
Ötən il ərzində cinayət məsuliyyətinə isə 2487 nəfər cəlb edilib. Onlardan 4-ü 18 yaşadək, 189-u 18-25 yaşadək, 350-i 26-29 yaşadək, 1944-ü 30 yaşdan yuxarı, 28-i fəhlə, 6-i qulluqçu, 1-maddi məsul şəxs, 2-i nəqliyyat işçisi, 2-i orta məktəb şagirdi, 2183-ü işləməyənlər, 936-ı əvvəllər təkrar cinayət törətmiş şəxslər, 50-si əvvəllər xüsusi qeydiyyatda olanlar, 2451-i kişilər, 36-ı qadınlar olub. Məsuliyyətə cəlb olunanlardan 44 nəfəri isə xarici ölkə vətəndaşları olub, onlardan da ümumilikdə 140 kq-dan artıq narkotik vasitə və psixotrop maddələr götürülüb.
Daxili İşlər Nazirliyinin təşkilatçılığı və Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların iştirakı ilə 448 ha 66,98 sot ərazidən 174 ton 420 kq 537 qr (373 min 115 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...