Rio Yay Olimpiya Oyunlarında boks yarışlarına yekun vurulub. MilliYol.Az xəbər verir ki, turnirin son günündə 4 çəki dərəcəsində final görüşləri keçirilib.
Azərbaycan yığmasının üzvü Lorenzo Sotomayor da 64 kq çəkidə həlledici matça çıxıb. Yarımfinalda Almaniyanı təmsil edən erməni rəqibi Artyom Harutyunyanla döyüşən təmsilçimiz yekunda inamlı qələbəyə (3:0) sevinib və finala yüksəlib.
Avropa Oyunlarının qalibi rəqibini mübarizədən kənarlaşdıraraq, boks tariximizdə yeni səhifə açıb. Çünki Olimpiadalarda indiyədək finalçımız olmamışdı.
Lorenzonun həlledici görüşdəki rəqibi özbəkistanlı idmançı Fazliddin Qaybnəzərov olub. Dünya və Asiya çempionatının gümüş mükafatçısı ilə “qızıl” uğrunda döyüş milliləşdirilmiş boksçumuz üçün uğursuz alınıb. 1:2 hesabı ilə yenilən kubalı boks ölkəmizə ilk olimpiya qızılını qazandıra bilməyib.
Qeyd edək ki, Sotomayor yarımfinaladək ukraynalı Vladimir Matviyçuku, fransalı Hassan Amzili və kubalı Yasnier Toledonu mübarizədən kənarlaşdırıb.
Boks yığmamızın hesabında isə 1 bürünc medal var. Komandamıza bu mükafatı Kamran Şahsuvarlı qazandırıb.
MilliYol.Az
Digər xəbərlər
loading...