Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyi “Peşə təhsili alan gənclərin sahibkarlıq fəaliyyəti sahəsində bilik və bacarıqlarının artırılmasına dəstək verilməsi məqsədilə maarifləndirmə işinin təşkili” adlı layihənin icrasına 20.04.2018-ci il tarixindən start verib
Layihənin əsas məqsədi peşə təhsili müəssisələrində təhsil alan və məzun olan gənclərimizə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və öz biznes layihələrini həyata keçirmək üçün biznesin təşkili və inkişafı sahəsində məlumatlandırma işini təşkil etmək, onların davamlı fəaliyyəti üçün effektiv təcrübənin təşviq edilməsinə yardım göstərməkdən ibarət olacaq.
Aparılan araşdırmalardan məlum olduğu kimi, tam orta təhsil almış gənclərin əksəriyyəti universitetlərdə təhsil almağa cəhd göstərirlər. Onların bəziləri öz istək və arzularına uyğun olaraq, bəziləri isə valideynlərinin təkidi ilə bu yolu seçirlər. Təəssüf ki, bu arzu hər zaman uğurlu olmur. Öz bilik və bacarığına güvənən gənclərin bu yolda şansları daha çox olur. Lakin kimlərinsə təkidi ilə ali təhsil almaq istəyən gənclərdə hər zaman şans üzlərinə gülmür və bu şanssızlıq da onları həyatları boyu təqib edir. Ali təhsil almaq üçün boş zaman itirməkdənsə, peşə təhsili müəssisələrinə üz tutmaq daha məqsədəuyğundur.
Birlikdən verilən məlumata görə Azərbaycanda texniki peşə təhsili sisteminə maraq aşağı səviyyədədir. İnkişaf etmiş ölkələrdə məzunların 40-60 faizi ümumi orta təhsildən sonra ilkin texniki peşə təhsili müəssisələrinə daxil olduğu halda, Azərbaycan üçün bu göstərici 11%-dir. Peşə təhsili müəssisələrin məzunları təhsillərini başa vurduqdan və peşə sahibi olduqdan sonra işlə təmin olunmaqda çətinlik çəkirlər. Bu səbəbdən də düşünürük ki, ilk peşə təhsili alan və həmin peşə təhsili müəssisələrindən məzun olmuş gənclərimizə bu işdə lazımi yardımları göstərmək lazımdır. Məhz bu məqsədlə də Bakı şəhərində fəaliyyət göstərən peşə təhsili müəssisələrində təhsil alan gənclərdən ibarət komandalar təşkil olunacaq.
Qeyd edək ki, layihənin icrası 3 ay müddətində (20.04-20.07.2018) davam edəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...