AST Telman kimi tanınan və Rusiyada yaşayan azərbaycanlı iş adamı Telman İsmayılov ilk video müraciətini edib
“Ölkə.Az” xəbər verir ki, İsmayılov video müraciətində Rusiya məhkəməsinin obyektivliyinə ümid etdiyini bildirib.
Video müraciətdə deyilir:
“Qardaşımın cinayət işi üzrə aparılan istintaq başa çatıb. Cinayət işinə yekun qiymət verilməyib, Rusiya məhkəməsinin obyektivliyinə ümid edirəm. Kərimov məhkəməyə gətirilməlidir. İttiham onun yalançı ifadələri əsasında qurulub. Mən qorxuram ki, onu məhkəməyə gətirməyəcəklər. Qorxuram ki, onu ortadan götürə bilərlər. Bu səbəbdən hüquq-mühafizə orqanları və məhkəməyə müraciət edirəm ki, bu məsələyə obyektiv yanaşsınlar, bu işə obyektiv yanaşsınlar. Diqqətinizə görə təşəkkür edirəm”.
MilliYol.Az
Digər xəbərlər
loading...