Rusiyanın Xarici İşlər Nazirliyi Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın və qızı Yuliyanın Böyük Britaniyada zəhərlənməsi işinin araşdırılmasını diqqətdən kənarda qoymaq niyyətində deyil. Çünki Moskvada bu mövzu ilə bağlı ictimaiyyətə veriləsi məlumat var
TASS xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, qeyd edib ki, Britaniyada bu işlə bağlı hamı nədənsə ani olaraq susub. Bu, olduqca qəribə görünür.
"Britaniya jurnalistləri bir gün susdular. Sanki hamıya susmaq barədə əmr verilib. Onlar hamısı susdular. "Skripal işi" ilə bağlı Britaniya mətbuatında ümumiyyətlə daha heç nə yoxdur. Maraqlıdır, heç kəs heç kəsi axtarmır, heç kim araşdırma aparmır. Heç kim Britaniya tərəfindən zərərçəkənlərin şəkillərini və ya videogörüntüsünü tələb etmir", - deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiya bu araşdırmanı diqqətdən kənarda qoymağa hazırlaşmır.
"Sözsüz, Rusiya Federasiyasının İstintaq Komitəsi, Böyük Britaniyadakı səfirliyimiz və Xarici İşlər Nazirliyi bizi cəbhədən gələn xəbərlərlə sevindirəcəklər. Bizdə danışmağa nəsə var", - deyə Zaxarova əlavə edib.(virtualaz.org)
Digər xəbərlər
loading...