Ermənistan müxalifətinin lideri, deputat Nikol Paşinyan bu gün, aprelin 29-da Ermənistan parlamentindəki hakim Respublikaçılar Partiyasının (ERP) fraksiya rəhbəri Baqram Baqdasaryanla görüşüb
Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, Paşinyan özü görüş barədə açıqlama verib. Onun sözlərinə görə, ERP fraksiyası mayın 1-dəki parlament iclasında “xalqın namizədi”nin baş nazir seçilməsinə mane olmayacaq.
Ermənistanın hakim partiyası parlamentdə 58 deputata sahibdir. “Çıxış” fraksiyanın 9, Daşnaksütyunun 7, “Tsarukyan” blokunun 31 deputatı var. Baş nazir seçilmək üçün 53 deputatın səsi tələb olunur.
Digər xəbərlər
loading...