İsveçin məşhur qəzeti “Svenska Dagbladet” vəliəhd şahzadə Viktoriyanın təcavüzə məruz qaldığına dair məlumat yayıb
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 41 yaşlı şahzadəyə təcavüz edən şəxs ölkənin məşhur fotoqraflarından və mədəniyyət-sənət sahəsinin önəmli fiqurlarından biri olan 71 yaşlı Jean-Claude Arnaultdur. Bu barədə qəzetə Arnaulta yaxın 3 mənbə bildirib.
Mənbələrin sözlərinə görə, hadisə 2006-cı ildə baş verib.
Kral ailəsi məsələylə bağlı hələ ki, açıqlama verməyib.
Qeyd edək ki, “Nobel” mükafatını verən İsveç Akademiyasında təcavüz iddiaları son zamanalar gündəmdədir. Belə ki, Arnaultun bir çox qadına təcavüz etdiyinə dair xəbərlər yayılıb.
Digər xəbərlər
loading...