Bank əməkdaşı hakim qarşısına çıxarılıb. O, tanışı olan müştəriyə qarşı dələduzluq etməkdə ittiham edilir
Musavat.com xəbər verir ki, 1986-cı il təvəllüdlü Əliyev Rauf Akif oğlu Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirli bilinib Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, 3 min manat miqdarında cərimə cəzasına məhkum edilib.
Rauf Əliyev ittiham edilir, ona görə ki, o, 2016-cı ilin avqust-oktyabr aylarında “Nikoyl” Bank ASC-nin Sumqayıt filialında kredit mütəxəssisi vəzifəsində işləyərkən tanışı Ramil Axundovun etibarından istifadə edib onu aldadıb. Belə ki, R.Əliyev bankdan kredit götürən Ramil Axundovdan aylıq ödənişləri alaraq banka ödəməyib və ələ keçirib.
Ümumilikdə Ramil Axundovun 2300 manat pulunu ələ keçirməklə ona qarşı dələduzluq edib.
Rauf Əliyev Sumqayıt şəhər Məhkəməsinin qərarından narazı qalaraq apellyasiya şikayəti verib. İşə Sumqayıt Apelyasiya Məhkəməsində hakim Nazim Mövsümovun sədrliyi ilə baxılıb. R.Əliyev bu şikayətində barəsində minimum həddə cərimə tətbiq edilməsini xahiş edib.
Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışması, maddi ziyanı tamamilə ödəməsini nəzərə alaraq məhkəmədən ədalətli qərar istəyib.
Məhkəmə qeyd edilənlərin birinci instansiya məhkəməsi tərəfindən yüngülləşdirici hal kimi nəzərə alındığını və ədalətli qərar çıxarıldığını bildirib. Bütün bunları nəzərə alan məhkəmə hökmü qüvvədə saxlayıb.
Digər xəbərlər
loading...