“80 gün dünya ətrafında” və “Loqanın qaçışı” filmlərinin rejissoru Maykl Anderson 98 yaşında Kanadada düyasını dəyişib
Teleqraf.com xəbər verir ki, rejissor evində ürək tutmasından keçinib.
Qeyd edək ki, Anderson karyerasına 1930-cu ildə aktyor kimi başlayıb. Amma daha sonra özünü rejissor köməkçisi kimi sınamağa başlayıb.
O, 1956-cı ildə çəkdiyi “80 gün dünya ətrafında” filmi ilə karyera qurub. Jül Vernin əsəri əsasında çəkilən film 5 “Oskar”a layiq görülüb. Andersonun özü də ən yaxşı rejissor kimi ödülləndirilsə də, mükafıtını “Nəhəng” filminə görə Corc Stivensona güzəştə gedib.
Onun digər məşhur filmləri isə 1955-ci ildə çəkdiyi və II Dünya mühribəsinə həsr olunan fantastik “Barajların məhvi” və 1976-cı ildə ekranlaşdırılan Oskar ödüllü “Loqanın qaçışı” filmləridir.
Digər xəbərlər
loading...