“Azərbaycan prezidenti İlham Əliyevin seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi artıq ənənə halını alıb”
Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Millət vəkili bildirib ki, bu ənənə artıq iki dövlət arasında formalaşıb: "Hər dəfə seçkidən sonra Azərbaycan Prezidenti ilk olaraq Türkiyəyə, Türkiyə dövlət başçısı isə Azərbaycana səfər edir. Bu bir dostluq, qardaşlıq nümunəsidir. Səfər çərçivəsində iki ölkə arasında imzalanan mühüm əməkdaşlıq sənədləri dövlətlərarası münasibətlərin daha da möhkəmlənməsinə yardım edəcək".
Eyni zamanda Prezident İlham Əliyevin Böyük Britaniyaya səfərinə toxunan millət vəkili bildirib ki, bu səfər antiazərbaycan kampaniyası aparanlara zərbə oldu: "Bu bir daha Prezident İlham Əliyevin qələbəsinin təsdiqidir. Bu fakt Azərbaycanda keçirilən seçkinin nəticələrinin dünya liderləri, böyük dövlətlər tərəfindən müsbət qiymətləndirilməsinin, tanınmasının sübutudur. Azərbaycanla Böyük Britaniya arasında əməkdaşlıq yüksək səviyyədədir. Bu, Azərbaycan Prezidentinin xarici siyasətinin uğurudur və ölkəmizin beynəlxalq aləmdəki nüfuzundan xəbər verir".
Digər xəbərlər
loading...