Azərbaycan əsilli rusiyalı biznesmen Fərhad Əhmədovun hələ 2000-ci ildə Rusiyada rəsmən boşandığı keçmiş arvadı Tatyana Əhmədovanın iddiası əsasında London məhkəməsinin çıxardığı hökmün yaratdığı beynəlxalq qalmaqal dərinləşir
Xəbər verildiyi kimi Dubayın maliyyə nəzarəti məhkəməsi DFİC London məhkəməsinin çıxardığı qərar əsasında biznesmenin dəyəri 540 milyon dollara yaxın olan “Luna” adlı yaxtasına bu ilin fevralında “Port Rashid” limanında həbs qoyub.
İngilislər tərəfindən yaradılmış bu Dubay məhkəməsi yaxtanın Tatyana Əhmədovaya çatacaq təzminatın əvəzində onun xeyrinə müsadirə edilməsi barədə qərar çıxarıb. F.Əhmədovun nümayəndəsi qərardan apellyasiya şikayəti verib və işə mayın 14-də baxılmalıdır. Bu boşanma təzminatı iddiasının və London məhkəməsinin çıxardığı qərarın açıq-aşkar siyasi motivli olduğu, F.Əhmədovun Rusiyanın maraqlarını müdafiə edən çıxışlarına görə ondan qisas almağa yönəldiyi barədə getdikcə daha çox nüanslar ortaya çıxır.
Virtualaz.org xəbər verir ki, London məhkəməsində Tatyana Əhmədovanın iddiasına onun keçmiş ərinin iştirakı olmadan baxılarkən və qərar çıxarılarkən Fərhad Əhmədovun vəkilinin misli görünməmiş təhdid və təzyiqlərə məruz qaldığı üzə çıxıb. Bu barədə Rusiyanın “versiya.ru” portalı yazır.
Belə ki, 2016-cı il dekabrın 17-də Tatyana Əhmədovanın təzminat iddiasına baxılarkən Fərhad Əhmədovun kommersiya müşaviri və hüquqşünası, ona biznesin aparılması üzrə məsləhətlər verən Endi Kerman polis konvoyu altında, sanki hansısa təhlükəli terrorçu kimi məhkəməyə gətirilib. Məhkəmədə bir neçə barristerin (Böyük Britaniyada ən yüksək ranqlı vəkillər belə adlanır) və bir neçə heybətli naməlum şəxsin iştirakı ilə hakim dərhal ondan tələb edib ki, yalan deməyəcəyi barədə and içərək Fərhad Əhmədovun bütün dünya üzrə aktivləri barədə nə bilirsə açıqlasın. Hüquqşünasa deyiblər ki, əsk halda onu məhkəməyə hörmətsizliyə görə həbs edəcəklər.
Endi Kermanın vəkil və müştəri arasında münasibətlərin ənənəvi konfidensiallığına istinad etmək cəhdləri hakim tərəfindən dərhal rədd edilib.
“Əlbətdə, yazıq hüquqşünas yəqin qorxub və hakimin ədalətinə təslim olub. Və bütün bildiklərini ən xırda detallarına qədər danışıb”-London barristerlərindən birinə yaxın mənbə ironiya ilə deyib.
Lakin bu hələ hamısı deyil. Endi Kermanı bərk-bərk sorğuya çəkəndən sonra ondan məhkəmədə baş verənlərin açıqlanmaması barədə iltizam alıblar və sərt şəkildə xəbərdar ediblər ki, baş verənlər haqda heç kimə danışmasın. Yəni cinayət təqibi qorxusu altında o, baş verənləri çoxillik müştərisinə danışa bilməyib.
Bundan əlavə Tatyana Əhmədovanın vəkilləri ilə bağlı da maraqlı təfərrüatlar ortaya çıxıb. Daha doğrusu, vəkillərindən biri Kris Boqart haqqında. Kris Boqart “Burford Capital” vəkillik şirkətinin təsisçisi və rəhbəridir. O, Böyük Britaniya və ABŞ mediasında geniş tanınan personadır. Bir vaxtlar İBM, GE, Time Warner və JPMorgan Chase kimi şirkətlərdə çalışıb. Hazırda o, bir sıra qərb maliyyə və hüquq təsisatlarının müşahidə şuralarında təmsil olunur. Ən başlıcası isə “RAND Institute for Civil Justice”də müşahidə şurasının üzvüdür. Bu, Qərbin ən nüfuzlu hərbi-strateji beyin mərkəzi olan “RAND Corporation”un vətəndaş məhkəməsi institutudur. Məlumdur ki, “RAND Corporation” Pentaqona sıx bağlıdır.
İstisna deyil ki, məhz Kris Boqar Birləşmiş Krallıq büdcəsinin rusiyalı oliqarxların hesabına doldurulmasını nəzərdə tutan “xüsusi layihəyə” rəhbərlik edir. Daha bir mühüm detal, hansı ki, ingilis məhkəməsinin biznesmenin əmlakını reyderliklə qəsb etməsinə birbaşa dəlalət edir. Məlum olub ki, Tatyana Əhmədovanın iddiasına baxan hakim əvvəllər heç vaxt ailə hüququ ilə məşğul olmayıb, kommersiya-təsərrüfat arbitrajı üzr ixtisaslaşıb. Əhmədov bu barədə eşidəndə və habelə biləndə ki, “Nortgaz” və “Qazprom” şirkətlərinin məxfi sənədlərini təqdim etməyi ondan tələb edirlər, məhkəmə ilə əməkdaşlıqdan imtina edib.
Və 2016-cı il dekabrın 20-də London Yüksək Məhkəməsinin iclası olub. Məhkəmə Fərhad Əhmədovun və nümayəndələrinin iştirakı olmadan hökm çıxararaq biznesmenin sərvətinin yarısına yaxınını-az qala yarım milyard funt sterlnqi keçmiş arvadına ödəməli olduğu haqda qərar çıxarıb. Üstəlik Əhmədovu bu barədə poçtla qəsdən gecikdirmə ilə xəbərdar ediblər. Məhkəmənin qərarı haqda mətbuatda o vaxt ümumiyyətlə heç nə getməyib! İngilis qanunlarına əsasən hökmdən iki həftədən gec olmayaraq, yəni 2017-ci il yanvarın 11-nə qədər apellyasiya vermək olardı.
Lakin hakim apellyasiya şikayəti vermək üçün də xüsusi şərt qoyub-F.Əhmədov keçmiş arvadına çatacaq məbləğin hamısını bəribaşdan onun bank hesabıan köçürməliydi. Cavabdeh tərəfin məhkəmənin qərarı barədə böyük gecikmə ilə xəbər tutması bir yana, üstəlik Yeni il bayramı günlərini və istirahət günlərini də nəzərə alanda onun heç nəzəri baxımdan həmin məbləği köçürməyə də imkanı ola bilməzdi. Hakim də bunu bilməmiş deyildi. Hansı ki, həmin şərt F.Əhmədovun istənilən insanın ayrılmaz haqqı kimi barəsində çıxarılmış hökmdən apellyasiya vermək haqqından istifadə etməsinə imkan vermirdi.
Hətta onun apellyasiya şikayətini qəbul etsəydilər belə baxılmasını 3-5 il uzadacaqdılar, bu da təzminat kimi ödənməsi tələb olunan bütün məbləğin dondurulması, yəni böyük məbləğdə pulların faktiki itirilməsi demək idi. Nəticədə F.Əhmədov pulları da köçürməyib, hökmdən də apellyasiya verməyib və qatar gedib.
Və 2017-ci il yanvarın 11-də məhkəmənin iclası olub. Orada Tatyananın vəilləri görünür deyiblər ki, Fərhad Əhmədov nə pulları köçürüb, nə apellyasiya verib. Və təsərrüfatçı-hakim bildiyini edib, təzminatın məcburi qaydada tutulması barədə qərar verib. Sonrası isə məlumdur...
Digər xəbərlər
loading...