Bakıda çoxmərtəbəli binada baş verən yanğının söndürülməsinə 25 texnika, 100-ə qədər canlı qüvvə cəlb edilib
MilliYol.Az Trend-ə istinadən bildirir ki, bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.
E.Mirzəyev bildirib ki, yanğın barədə məlumat saat 12:10-da Fövqəladə Hallar Nazirliyinin "Qaynar xəttinə" daxil olub: "Yanğın 3 saatdan artıq davam edib. Yanğının uzun müddət davam etməsi su qıtlığı ilə əlaqədar olub. Hazırda şəhərdə tıxacdır. Bu, iri texnikaların yanğın yerinə yaxşınlaşmasına çətinlik törədirdi. Yanğının səbəbi araşdırılır".
Nazir müavini deyib ki, yanğın əsasən binanın 18-ci mərtəbəsindən yuxarıda baş verib: "Hadisə zamanı xəsarət alan olmayıb. Bəzi saytlarda bir nəfərin özünü atması barədə məlumatlar verilib. Bu, tam əsassızdır. Yanğınsöndürənlər arasında zəhərlənən olmayıb".
Digər xəbərlər
loading...