Ermənistanda Vətəndaş Müqaviləsi Partiyası və müxalif "Yelk" (Çıxış) parlament fraksiyasının rəhbəri Nikol Paşinyanın yüzlərlə tərəfdarlarının avtomobil karvanı Ermənistanın üçüncü böyük şəhəri Vanadzora yollanıb
Avtoyürüş Vanadzor istiqamətində Paşinyanın doğma İcevan rayonu üzərindən keçən yolu seçib.
Dünən, cümə günü, olduğu kimi bu gün də sakinlər - qadınlar və kişilər, yaşlılar və cavanlar, məktəb yaşlı və daha kiçik uşaqlar Paşinyanı qarşılamaq üçün kiçik və böyük dəstələrlə yol boyunca avtomobil karvanını gözləyirlər.
Əhali Paşinyanı musiqi və rəqslə, duz-çörəklə qarşılayır, "Nikol - baş nazir! Nikol baş nazir!" səsləyirlər.
Serj Sarkisyanın istefasına nail olmuş və onun rəhbərlik etdiyi Ermənistan Respublikaçılar Partiyasının (ERP) hakimiyyətdən kənar edilməsi tələbilə aprelin 13-dən kütləvi etiraz hərəkatına rəhbərlik edən Nikol Paşinyan cümə və şənbə günləri Ermənistan paytaxtından kənar şəhərlərdə mitinqlər keçirir.
Cümə günü Gümri şəhərində toplaşan etirazçılar "Nikol - baş nazir! Nikol baş nazir!" qışqırıblar.
Bazar günündən etiraz hərəkatının elan etdiyi "itaətsizlik aksiyaları" və ənənəvi axşam mitinqi Yerevanda keçiriləcək.
Mayın 1-də isə Ermənistan parlamenti baş nazir vəzifəsinə namizəd məsələsini həll etməlidir. Parlamentdə təmsil olunan siyasi qüvvələr öz namizədlərini əvvəlki baş nazirin istefasından sonra 7 gün ərzində, aprelin 30-na kimi təqdim etməlidirlər.
Baş nazir Serj Sarkisyan Nikol Paşinyanın rəhbərlik etdiyi etiraz hərəkatının təzyiqi nəticəsində aprelin 23-də istefa verib.
Nikol Paşinyanı ucqar rayonlara səfərdə məşhur kanadalı kinorejissor Atom Eqoyanın həyat yoldaşı, aktrisa Arsinée Khanjian da müşayiət edir.
Nikol Paşinyanı ucqar rayonlara səfərdə Paşinyanı Kanadalı kinorejissor Atom Eqoyanın həyat yoldaşı, aktrisa Arsinée Khanjian da müşayiət edir. O, deyib ki, Ermənistana "məxməri inqilabda iştirak etmək üçün" gəlib.
Arsinée Khanjian diaspor erməniləri adından mitinqdə çıxış edərək, deyib ki, Ermənistanda soydaşlarının qələbə sevincini bölüşməyə gəlib: "Təbrik edirəm! Siz dələduzluğun ohdəsindən gəlmisiniz" (BBC-Azərbaycanca).
Digər xəbərlər
loading...