"Tottenhem" rəhbərliyi gözlənilməz qərar qəbul edib
MilliYol.Az fanat.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi komandanın 4 ulduz futbolçusunu satışa çıxarıb.
Belə ki, "Tottenhem" 26 yaşlı Viktor Vanyamanı, 27 yaşlı Danni Roseni, 29 yaşlı Tobi Alderveyreldı və 30 yaşlı Musa Dembeleni satmaq niyyətindədi. Klub bu futbolçuların satışından 170 milyon funt-sterlinq (təxminən 400 milyon manat) qazanmaq niyyətindədi.
Qeyd edək ki, "Tottenhem" Vanyamanı 2016-cı ildə "Sautqempton"dan 14.4 milyon avroya transfer edib. Hazırda "Transfermarkt"ın 30milyon avro qiymət qoyduğu kenyalı yarımmüdafiəçi cari mövsümdə 20 oyuna çıxaraq 1 qol vurub.
Rosen 2007-ci ildə "Lids"dən London klubuna 1 milyon avroya transfer olunub. "Transfermarkt"ın 30 milyon avro qiymət qoyduğu Yamayka əsilli ingiltərəli sol cinah müdafiəçisi cari mövsümdə cəmi 14 rəsmi matça çıxıb.
Alderveyreld 2015-ci ildə "Atletiko"dan 16 milyon avroya alınıb. "Transfermarkt"ın 40 milyon avro qiymət qoyduğu belçikalı stoper cari mövsümdə keçirdiyi 18 rəsmi matçda bir qol ötürməsi verib.
"Tottenhem" Dembeleni 2012-ci ildə "Fulhem"dən 19 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 18 milyon avro qiymət qoyub. Belçika millisinin Mali əsilli yarımmüdafiəçisi bu mövsüm 38 rəsmi matçda forma geyinib.
Digər xəbərlər
loading...