İran parlamentinə hücum edən İŞİD terror qruplaşmasının həbs olunan üzvlərinin məhkəməsi keçirilir
APA-nın Tehran bürosunun məlumatına görə, bu gün Tehran İnqilab Məhkəməsində açıq məhkəmə keçirilib.
Bugünkü məhkəmədə prokror bu cinayət işi ilə bağlı 8 nəfərin ittiham olunduğu maddələri açıqlayıb. Onlar yüngül, orta ağır və ağır çaplı odlu silahların qanunsuz alınması, satışı və daşınamasında ittiham olunurlar.
Hakim cinayət işi üzrə 26 nəfərin saxlanıldığını bildirib və qeyd edib ki, digər şəxslərin ittiham aktı onların və vəkillərinin iştirakı ilə növbəti məhkəmə proseslərində oxunacaq.
Qeyd edək ki, ötən ilin iyun ayının 7-də İŞİD terror qruplaşmasının üzvləri İran parlamentinə hücum etmişdi. Hücum nəticəsində parlamentin mühafizəçilərindən və dinc əhalidən bir neçə nəfər ölüb və yaralanmışdı.
Digər xəbərlər
loading...