Hakimiyyətin qəsb edilməsi və güclənmiş müxalifətin rolunu kifayət qədər dəyərləndirməməsi Ermənistanın hakim Respublikaçılar Partiyasının əsas səhvləri olub
“Report”un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin ədliyyə naziri vəzifəsini icra edən David Arutyunyan hökumətdə şənbə günü keçirilən brifinqdə bildirib.
“Düşünürəm ki, əsas problem – bizim, Respublikaçılar Partiyası tərəfindən anlaşılmazlıq, bir siyasi partiya tərəfindən hakimiyyətin qəsb edilməsi təhlükəsidir”, – D.Arutyunyan deyib.
“Bu, bizim əsas səhvimizdir və bunu etiraf edirik”, – o, əlavə edib.
Digər xəbərlər
loading...