Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turnirinə bu gün yekun vurulacaq
Apasport.az saytının məlumatın görə, IX tur eyni zamanda son tur olacaq.
Son turda iki azərbaycanlı qrossmeyster üz-üzə gələcək. Yığmamızın lideri Şəhriyar Məmmədyarov turnirin autsayderlərindən sayılan Rauf Məmmədovla qarşılaşacaq. Rauf ağ, Şəhriyar qara fiqurlarla oynayacaq.
Teymur Rəcəbov da qara fiqurlarla mübarizə aparacaq. Şahmatçımız sonuncu pillənin sahibi David Navara ilə görüşəcək. Lider Maqnus Karlsen son turda ən yaxın izləyicisi Dinq Lirenlə münasibətlərinə aydınlıq gətirəcək. Məhz bu görüşün nəticəsi turnirin qalibini müəyyənləşdirəcək.
Turnir cədvəli: Karlsen – 5,5 xal; Liren – 5; Topalov, Giri, Məmmədyarov, Voytaşek, Karyakin, Rəcəbov – 4; Məmmədov – 3,5; Navara – 2.
Digər xəbərlər
loading...