Aprelin 27-də Sumqayıt şəhər Vərəm Əleyhinə Xəstəxanada oğurluq hadisəsi baş verib
Lent.az-ın məlumatına görə, şəhər sakini Aytən Əliyeva Arif qızı müayinə olmaq üçün həkim Asif Quliyevlə birgə rentgen otağına keçib. Bu zaman əlində çanta və içində 130 manat olan pul qabı da olub. Əlindəkiləri xəstəxananın çarpayısının üstünə qoyub, həkimlə söhbət edib. Geri çevriləndə isə pul qabının oğurlandığını görüb.
Oğurluq hadisəsi ilə bağlı. A.Əliyeva Daxili İşlər Nazirliyinin "102 xidməti"nə şikayət edib. Zərərçəkənin sözlərinə görə, ona Sumqayıt şəhər 4-cü Polis Bölməsindən zəng ediblər: “Orada müstəntiq mənə ərizə yazdırdı. Sonra birlikdə xəstəxanaya qayıtdıq. Dünən günorta saat 3-də müstəntiq otağın kamerasının çəkdiyi video yazıya baxıb, mənə məlumat verəcəkdi. Dünəndən bəri onlardan bir xəbər yoxdur”.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
loading...