Türkiyənin beynəlxalq ehtiyatları (qızıl və valyuta) mart ayında əvvəlki aya nisbətən 3,7% azalaraq 110,3 mlrd. dollara geriləyib
"Report" bu barədə Türkiyə Mərkəzi Bankına (TCMB) istinadən xəbər verir.
Hesabat dövründə qızıl ehtiyatları 1% artaraq 25,3 mlrd. dollar, valyuta ehtiyatları isə 5,2% azalaraq 83,4 mlrd. dollar təşkil edib.
Qızıl ehtiyatları mart ayında illik müqayisədə 39,2%, əvvəlki aya nisbətən isə 0,7% və ya 3,6 ton artaraq 542,8 tona çatıb.
Digər xəbərlər
loading...