17 yaşadak futbolçular arasında keçiriləcək Avropa çempionatına artıq sayılı günlər qalıb. Artıq bu mötəbər yarışa qatılacaq yığmalardan biri paytaxtımıza gəlib.
Gözlənildiyi kimi, Azərbaycana gələn ilk komanda Ukraynanın U-17 komandası olub. Əvvəlcədən bunun belə də olacağı açıqlanmışdı. Millimizin baş məşqçisi Təbriz Həsənov da Ukraynanın paytaxtımıza yarışdan öncə gələcəyini, onlarla yoxlama oyunu keçirəcəyini öz müsahibələrində bildirmişdi.
Təlim-məşq toplanışında olan U-17 komandamız indiyədək bir neçə dəfə yoxlama oyunu keçirib. Rəqiblər isə U-19 və "Qarabağ"ın əvəzedici komandası olub. Qəribədi ki, bu oyunların keçirilməsiylə bağlı AFFA-nın rəsmi saytında heç bir məlumat yerləşdirilməyib. Ukraynayla oyun isə bu mənada daha da fərqlənir. Belə ki, Təbriz Həsənovun başçılıq etdiyi komanda sabah saat 20.00-da Olimpiya stadionunda ukraynalı həmyaşıdlarıyla qüvvəsini sınayacaq. Amma dünən paytaxtımıza ayaq basan ukraynalıların baş məşqçisi qətiyyətlə belə bir oyunun keçiriləcəyini inkar edib, özünü məsələdən xəbərsiz kimi aparıb. Məxfilik o həddə çatıb ki, AFFA nəinki jurnalistlərin və azarkeşlərin, heç millinin futbolçularının yaxınarının belə həmin oyuna baxmasını, yeniyetmələrə dəstək verməsini istəmir.
Qeyd edək ki, millimiz martın 1-i və 3-də Olimpiya stadionunda ukraynalı həmyaşıdları ilə iki oyun keçirib və hər ikisində məğlub olub - 0:1, 0:2. (Fanat.az)
Digər xəbərlər
loading...