FİA Formula 2 sinfindəki avtoyürüşlərin təsnifat mərhələsi başa çatıb
Milli.Az xəbər verir ki, yarışda "DAMS" komandasının tailandlı pilotu Aleksandr Albon 1:54:480 nəticə ilə hamını qabaqlayaraq birinci olub. İkinci yerdə finiş xəttinə 1:54:694 "Carlin" komandasından böyük britaniyalı Lando Noris çatıb. Üçüncü yeri 1:54:842 nəticə ilə ondan azca geri qalan "ART Grand Prix"dən böyük britaniyalı Corc Rassel tutub.
Qeyd edək ki, 2018 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində keçirilən FİA Formula 2 yürüşlərdə hər birində 2 pilot olmaqla 10 komanda iştirak edir. Bunlar "RUSSIAN TİME"dan rusiyalı Artyom Markelov və yaponiyalı Tadaske Makino, "PERTAMINA PREMA Theodore Racing"dan indoneziyalı Şon Gelael və niderlandlı Nik Vries, "DAMS" tailandlı Aleksandr Albon və kanadalı Nikolas Latifi, "ART Grand Prix"dən böyük britaniyalılar Cek Aitken və Corc Rassel, "MP Motorsport"dan ispaniyalı Roberto Merhi və isveçrəli Ralf Boşunq, "BWT Arden"dən almaniyalı Maksimilian Günter və yaponiyalı Nirei Fukuzumi, "Campos Vexatec Racing"dən italiyalı Luka Giotto və israilli Roy Nisani, "Trident"dən hindistanlı Arcun Maini ə amerikalı Santino Ferucci, "Carlin"dən braziliyalı Serxio Sette Kamara və böyük britaniyalı Lando Noris, "Charouz Racing System"dən isveçrəli Lui Deletras və italiyalı Antonio Fuokoddur.
Digər xəbərlər
loading...