Rusiyanın “Rostex” dövlət korporasiyası elan edib ki, “İsgəndər” operativ-taktiki raketlərinin ixrac variantını açıq satışa çıxarır
Virtualaz.org xəbər verir ki, korporasiyanın beynəlxalq əməkdaşlıq və regional siyasət üzrə direktoru Viktor Kladov raketləri “geniş çevrədə ölkələrə” təklif edəcəklərini bildirib. O, qeyd edib ki, “İsgəndər” raketləri bundan əvvəl heç vaxt ixrac edilməyib, amma onların ixracına sərt embarqo da heç vaxt qoyulmamışdı.
Xatırladaq ki, Rusiya “İsgəndər” raketlərinin ixrac üçün nəzərdə tutulmayan “İsgəndər-E” variantını (250 km. mənzilli) Ermənistana verib. “İsgəndər-M” isə bu raketlərin ixrac variantıdır, 300 kilometr və daha çox mənzilə malikdir.
Rusiya Ermənistana “İsgəndər” raketləri verdikdən sonra Azərbaycan həm raketdən və havadan müdafiə sistemlərini təkmilləşdirmək üçün bir sıra müasir silah sistemləri əldə edib. Həm taktiki-texniki göstəriciləri “İsgəndər”lərə yaxın olan raketlərin əldə edilməsi üçün tərəfdaş ölkələrlə işləyib. Bu günlərdə məlum olub ki, Belarus göstəricilərinə görə “İsgəndər” raketləri ilə müqayisə olunan “Polonez” raket komplekslərinin ilk ixrac partiyasını (cəmi 10 kompleks, hərəsində 8 raket daşıyan konteyner olmaqla) 2018-ci il ərzində Azərbaycana çatdırmağa hazırlaşır. Bu raketlərin mənzili 300 kilometrdir.
Habelə Azərbaycanın Rusiyadan “İsgəndər” raketlərini də almağa maraq göstərdiyi istisna deyildi. İndi “Rostex” bu raketləri açıq bazara çıxarırsa onların Azərbaycana satılması üçün maneə də qalmır.
Xatırladaq ki, aprelin əvvəllərində Ermənistan mətbuatı Rusiyanın bu ölkəyə üçüncü güzəştli silah krediti ayırmağa və həmin kredit çərçivəsində “çoxlu sayda “İsgəndər” raketləri” verməyə hazırlaşdığı haqda xəbərlər yayılmışdı. İddia edilirdi ki, raketlər Azərbaycanla sərhəddə yerləşdiriləcək.
Digər xəbərlər
loading...