Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən yaradılan “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun nümayəndələrinin təsdiq edilməsi məsələsinə baxılıb.
Trend-in məlumatına görə, əvvəlcə “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu komissiya üzvünün təsdiq edilməsi məsələsinə baxılıb.
MSK katibi Arifə Muxtarova bildirib ki, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu tərəfindən Milli Məclisin deputatı Aydın Mirzəzadə məşvərətçi səs hüquqlu komissiya üzvü kimi təyin edilib. Məsələ MSK tərəfindən səsə qoyulub və A.Mirzəzadə məşvərətçi səs hüquqlu komissiya üzvü kimi təsdiq edilib.
Daha sonra “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin qeydə alınması məsələsinə baxılıb. Hər iki məsələ səsə qoyularaq təsdiq edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...